Menu

“Bu qədər gözləyiblər, üç il də gözləsinlər...” - Anar

27.11.2023, 13:29
“Bu qədər gözləyiblər, üç il də gözləsinlər...” - Anar

Xalq yazıçısı Anar Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayında sədrliyə namizədliyini irəli sürməyəcəyini bəyan edib.

O bu barədə Manset.az-a müsahibəsində deyib.

“Bu qədər gözləyiblər, üç il də gözləsinlər. Qurultayda namizədliyimi verməyəcəyəm. Mən sözümün ağasıyam”, - Anar qeyd edib.

Hazırkı sədr addımını belə izah edib: “Başladığım bəzi məsələr var, onları yekunlaşdırmalıyam. Məni qurultay seçibsə, ona da hesabat verməliyəm”.

Qeyd edək ki, 85 yaşlı Anar 1987-ci ildən indiyədək Azərbaycan Yazıçılar Birliyinin sədridir.

Şərhlər

ƏNHU 2023-11-27 15:10:57

Əsl ziyalı 40 il bir kresloda oturmağı özünə rəva bilməzdi. Cəmiyyətdən ayıb edərdi.

Tural 2023-11-27 14:36:14

Yalan deyir. Anara qalsa namizədliyini mütləq verəcək və sözünün ağası olmadığına da indiki kobud, ziyalıya yaraşmayan, daha dəqiq desək ədəbsiz və həyasız şəkildə bəraət qazandıracaq. Ancaq Anar hiss eləyir ki, əlahəzrət Əzrayıl buna macal verməyəcək. Çünki, onun nəfəsini boynunun ardında hiss eləyir. Anar haqda isə ancaq bu son illərdəki biyabırçılıq kar yadda qalır...

Sual 2023-11-27 14:28:57

Anar hələ 3 il də sədr qalacaq ki,bunlar ev alsınlar? Bir bunun ağlına bax! Evləi satıb,rüşvətini yığıb indi nağılbazlıq edir.?

patriot 2023-11-27 14:14:05

dahilərdən biri deyib ki, 2 şey hüdudsuzdur : 1. Kainat. 2. Əbləhlik.
sonra əlavə edib ki, birinci barədə biraz şübhəm var.
məncə üçüncünü də əlavə etməliydi - HƏYASIZLIQ !!!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol