“Rusiya Ukraynada öz casus şəbəkəsini aktivləşdirib və Ukrayna Təhlükəsizlik Xidməti bu məsələ ilə bağlı fəal işləyir.” 

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “The Times” nəşrinə müsahibəsində bildirib.

Danilovun fikrincə, Rusiya agentlərinin məqsədi “Ukraynanın siyasi və hərbi rəhbərliyi arasında qarşıdurma yaratmaq, habelə əhali arasında hökumət əleyhinə əhval-ruhiyyəni qızışdırmaqdır”.

Danilov qeyd edib ki, Rusiya Prezident Volodimir Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı arasında yaranmış “qondarma gərginlikdən” istifadə etməyə çalışır.

Xatırladaq ki, noyabrın 16-da Zelenski bir qrup jurnalistlə söhbətində Moskvanın Ukrayna cəmiyyətində parçalanma, “xaos” yaratmaq və Prezidenti aradan götürmək istədiyini bildirmişdi. Hətta Rusiyanın bu planının “Maydan 3” adlandığını qeyd etmişdi.

“AzPolitika.info”