Menu

Baş Prokurorluq yeni tikililərdən mənzil alanlara xəbərdarlıq edib

27.11.2023, 16:28
Baş Prokurorluq yeni tikililərdən mənzil alanlara xəbərdarlıq edib

Baş Prokurorluq tikintisi davam etdirilən və ya istismarına icazə verilməmiş çoxmənzilli binalardan mənzil alan vətəndaşlara xəbərdarlıq edib.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, vətəndaşlar gələcəkdə ehtimal olunan qanunpozuntuları ilə rastlaşmamaq və ya cinayətin qurbanı olmamaq üçün tikinti şirkətindən aşağıda qeyd olunan sənədləri tələb edib nəzərdən keçirməlidir.

Binanın yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı (qarşı tərəf binanın istismara verildiyini bildirdiyi halda), alqı-satqı prosesində iştirak edəcək tikinti şirkətinin vəzifəli şəxsinin şəxsiyyətini, vəzifəsini, habelə mənzil satışını həyata keçirmək səlahiyyətinə malik olmasını təsdiq edən sənədlər, mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə), tikinti prosesi mərhələsindən asılı olaraq yaşayış binası və mənzilə dair digər sənədlər, habelə kommersiya sirri təşkil edən məlumatlar istisna olmaqla nizamnamə və digər təsis sənədləri tələb olunmalıdır.

Şərhlər

dadaşyev 2023-11-29 00:21:59

Ev alqı-satqısı istisnasız olaraq dövlət notarius idarələrində keçirilmirmi?Notarius rəisi də ancaq və ancaq hüquqşünaslardan təyin edilmirmi?Bütün o lazımi sənədlərin olub olmadığını,sənədlərin qaydasında olub olmadığını araşdırmaq sırf notarius rəisinin işi deyilmi?Vətəndaş adi müştəridir,o kağızlara baxsa da nələrisə anlamaya bilər.Amma notarius rəisinin işinin adı o sənədləri anlamaq və əgər qaydasındadırsa alqı-satqıya dövlət möhürünü vurmaq deyilmi?Yox əgər sənədlər qaydasında olmadığı halda alqı-satqı həyata keçirilibsə vətəndaşın o tikinti rəhbəriylə birlikdə o notarius rəisini də məhkəməyə verməyə tam hüququ olmurmu?Nəinki haqqı olur,hələ təzminat da tələb etməlidir ki,əlbir-dilbir olub məni aldatmısınız.Bir-iki notarius məhkəməyə verilincə o birilər artıq işlərinə səhlənkar yanaşmayacaqlar.Yoxsa bu nədir,hər ev alan vətəndaş ev alarkən yanında vəkil də gəzdirməlidirmi?Elə isə notarius rəislərinin yalnız hüquqşünaslardan təyin edilməyinin nə anlamı var?Bələdiyyəyə hər hansı yoldan ötən sədr qoyulduğu kimi notariuslara da kimi olsa rəis təyin edərdilər,ev alan da ev satan da hərəsi öz vəkiliylə sənədlərini kənarda hazırlayıb gətirərdi,notariusda möhür vurdurub gedərdi.Çünki vəkil də elə həmin o notarius rəisi olası adamdı da,sadəcə daydayı,imkanı olmayıb deyə rəis olammayıb,vəkil olub.

Vətəndaş. 2023-11-27 17:03:27

Bu sənədləri həddindən çox olan dövlət orqanları binanın özülü qoyulanda,tikinti işləri aparılanda tikinri şirkərlərindən tələb etməli olduğu halda belə evlərdə ev alan.yaşayan vətəndaşlara xəbərdarlığın mənası anlaşılan deyil.Prokurorun fikrincə ev alan vətəndaş yaşadığı və çxarış alandan sonra nə etməlisdir və bu xəbərdarlığın mənası və məqsədi anlaşılmır.buna aydınlıq gətirmək maraqlı olardıi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol