Menu

Qubadlıda silah-sursat aşkarlanıb

28.11.2023, 09:14
Qubadlıda silah-sursat aşkarlanıb

Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, keçirilən növbəti tədbir zamanı rayonun Aşağı Xocamusaqlı kəndi ərazisində 2 qumbaraatan, 1 pulemyot və xeyli sayda müxtəlif çaplı patronlar aşkar olunaraq müvafiq qaydada götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol