Komandanı növbəti oyuna Klaudio Taffarel çıxaracaq
"Qalatasaray" italyan baş məşqçi Çezare Prandelli ilə bağlı yekun qərarını verib. ANS PRESS-in məlumatına görə, klub rəhbərliyi italyan mütəxəssisi istefaya göndərib.
Yeni baş məşqçinin adının isə bir neçə günə müəyyənləşəcəyi qeyd olunub. Klubu məşqlərə və növbəti oyuna qapıçılar üzrə məşqçi Klaudio Taffarel çıxaracaq.
Xatırladaq ki, "Qalatasaray" Çempionlar Liqasının qrup mərhələsinin V turunda "Anderlext"ə uduzub və avrokuboklardan kənarda qalıb.


Şərhlər