“Özünü təhsil eksperti adlandıran şəxslərin bu sahədə təcrübəsi araşdırılmalıdır”.
“Report” xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.
O qeyd edib ki, bir çox hallarda təhsil ekspertləri reallığı əks etdirməyən rəqəmlərlə çıxış edirlər.
“Həmin şəxslərlə mübarizə aparmağımız düzgün deyil. Biz işimizi və ictimaiyyətə düzgün rəqəmləri verməklə qurmalıyıq”.
Ü. Səttarova hesab edir ki, özünü təhsil eksperti adlandıran şəxslərin bu sahədə təcrübəsi araşdırılmalıdır. “Düşünmürəm ki, təhsil ekspertinin meyarı yoxdur. Nailiyyəti olmayan, uğursuz olan şəxs özünü ekspert adlandırır. Amma hansı məlumatın etibarlı və ya etibarsız olması qərarını biz veririk”.


Şərhlər
Ülkər xanımın fikiri ilə mən də şərikəm.Ölkənin bir tərəfində nəşə məclisinin qoçuları-meyxanaçılar,digər tərəfində də televiziya aparıcısı olan bacarıqsız aktyorlar kimi "ekspertlər" peyda olub.Xüsusilə,təhsil və hərbi sahədə səriştəsi olmayan ekspertlər!
Hörmətli təhsil nazirimiz hər ağzını açanda mənfi mənada sensasiyaya səbəb olursa, güşüş, rişgənd hədəfinə çevrilirsə ekspertlərin hansı səviyyədə olmasını müzakirəyə çıxarıb qınamaq absurddur. Təhsilimiz can verir. Elə bir də buna görə belə ekspertlərin meydanı genişdir. Siz özünün heç nə bacarmırsınız axı.