Menu

“İsrail ilə HƏMAS arasında dördüncü girov mübadiləsi tamamlandı” - VİDEO

28.11.2023, 15:29
“İsrail ilə HƏMAS arasında dördüncü girov mübadiləsi tamamlandı” - VİDEO

Noyabrın 24-də Qəzza zolağında başlayan humanitar fasilənin 4-cü günündə İsrail və HƏMAS arasında daha bir girov mübadiləsi baş tutub.

“AzPolitika.info” xəbər verir ki, İsrail ordusu HƏMAS-ın azad etdiyi 11 girov qarşılığında 33 fələstinlini sərbəst buraxıb.

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzzada müvəqqəti atəşkəs çərçivəsində 11 girovun azad edilməsinin görüntülərini dərc edib.

Qeyd edək ki, indiyə qədər ümumilikdə 50 israilli və ən azı 19 əcnəbi HƏMAS tərəfindən sərbəst buraxılıb. İsrailin azad etdiyi fələstinli məhbusların sayı isə 150-yə çatıb.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol