Menu

“Hər israilli 10 girovun azad edilməsi üçün bir gün...” – Qəzzada atəşkəs uzadıla bilər

28.11.2023, 17:04
“Hər israilli 10 girovun azad edilməsi üçün bir gün...” – Qəzzada atəşkəs uzadıla bilər

İsrail və Fələstinin HƏMAS hərəkatı arasında vasitəçi kimi çıxış edən Qətər hakimiyyəti qarşıdakı iki gündə Qəzza zolağında atəşkəsin daha da uzadılmasına nail olmağa çalışacaq. 

“AzPolitika.info” TASS-a istinadla xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari məlumat verib.

Onun sözlərinə görə, hər 10 israilli girovun azad edilməsi üçün atəşkəs bir gün uzadıla bilər. Əl-Ənsari Dohada keçirdiyi mətbuat konfransında deyib: “Növbəti 48 saat ərzində HƏMAS hər gün 10 girovu azad etməyə davam etsə, atəşkəsin uzadılmasına diqqət yetirəcəyik”. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol