Menu

Ödənişli yolda nəqliyyat hadisəsi olub, ölən və yaralanan var

28.11.2023, 20:47
Ödənişli yolda nəqliyyat hadisəsi olub, ölən və yaralanan var

Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Xaçmazdan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, "Nissan X-Trail" markalı avtomobili yeni istifadəyə verilən ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Belə ki, qəza nəticəsində 1968-ci il təvəllüdlü Babayeva Təranə Ənvər qızı hadisə yerində aldığ xəsarətlərdən ölüb. Daha bir nəfər, 1964-cü il təvəllüdlü Babayev Xalis Abiddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

TT 2023-11-29 04:58:05

Ôlúb yox !!! heyatini itirib , Allah rehmet elesin

t.ədalət 2023-11-28 22:21:51

Ələt-Astara yolu da təhlükəlidir.Savadsız yol "mühəndislərinin" çəkdiyi yolda hərəkətdə olduğun vaxt,hiss edirsən ki,hər şey baş-ayaqdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol