Menu

Kanada Ukraynaya 11 mln dollarlıq hərbi yardım göstərdi

28.11.2014, 08:59
Kanada Ukraynaya 11 mln dollarlıq hərbi yardım göstərdi

Kanada hərbi yüklə dolu ilk təyyarəsini Ukraynaya yola salıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna XİN-in Facebook səhifəsində dərc olunmuş məlumatda bildirilir.

“Dünən Kanadanın müdafiə naziri Nikolson hökumətin Ukraynaya 11 mln dollar dəyərində hərbi yardımın göndərilməsinə dair qərarını elan edib”, deyə məlumatda bildirilir.

Təyyarənin bu gün Kiyevə çatması gözlənilir. Yükü Ukraynanın səfiri Vadim Pristayko müşayiət edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol