Fələstinin HƏMAS hərəkatı İlon Maskı Qəzza zolağına səfər etməyə çağırıb.
Bu barədə hərəkatın rəhbərliyinin üzvü Usamə Həmdan məlumat verib.
“Biz İlon Maskı Qəzza zolağına səfər etməyə çağırırıq ki, o, işğalçı tərəfindən burada xalqımıza qarşı həyata keçirilən qətliamın miqyasını görə bilsin”, - deyə Ü.Həmdan bildirib.
Qeyd edək ki, noyabrın 27-də Mask İsrailə səfər edib.


Şərhlər