Menu

Ali Məhkəmədən Rasim Məmmədovla bağlı qərar – Dubay və Britaniya şirkətləri nəyə etiraz edirlər?

29.11.2023, 17:47
Ali Məhkəmədən Rasim Məmmədovla bağlı qərar – Dubay və Britaniya şirkətləri nəyə etiraz edirlər?

Ali Məhkəmədə “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun həbs edilmiş əmlakının bir hissəsinin müsadirə edilməsi barədə qərardan verilən kassasiya şikayətlərinə baxılıb.

“Haqqin.az”-ın əldə etdiyi məlumata görə, iclasda vəkillər 70 milyon manata yaxın əmlakın müsadirədən azad edilməsini istəyiblər. Onlar çıxışlarında bu əmlakın bir hissəsinin ümumiyyətlə, R.Məmmədova məxsus olmadığını bildiriblər.

Dubayda yerləşən RMH General Trading DMCC və Britaniya şirkəti olan Baumant Sales LLP tərəfindən işlə bağlı məhkəməyə iki şikayət verilib. Bu şirkətlərin nümayəndələri Sumqayıtda yerləşən və artıq müsadirə olunan “Baku Non Ferrous And Foundry” şirkətinin Rasim Məmmədova deyil, onlara məxsus olduğunu iddia ediblər. Buna görə də şirkətin avadanlıqları ilə birlikdə müsadirə edilməsinin onların mülkiyyət hüququnu pozduğunu bildiriblər.

Lakin Tahir Kazımovun sədrlik etdiyi hakimlər kollegiyası şikayətlərin heç birini təmin etməyib. Kollegiyanın qərarına əsasən, Bakı Oksford Məktəbinin, “Baku Non Ferrous And Foundry Company” ASC-nin binalarının, Səməd Vurğun küçəsindəki iki fərdi yaşayış evin və Mərdəkanda torpaq sahəsinin müsadirə edilməsi barədə qərar qüvvədə saxlanılıb.

“AzPolitika.info”

Şərhlər

Mubariz 2023-11-29 19:05:04

Britaniya şirkəti London məhkəməsində udacaq və mülkləri alacaq ,vəssalam .Bilmirdiz bütün oğru-quldurlar xaricdə özlərinin şirkətlərini yaradıb ,ora da öz yaxın həmin ölkə vətəndaşını təyin edir .Bizim məhkəmələr sifarişlə işlədiyindən onlar belə işlərdən baş aça bilməzlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol