Rusiyalı general-mayor Vladimir Zavadski Ukrayna Silahlı Qüvvələri tərəfindən məhv edilib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Donbass News” adlı “Telegram” kanalı məlumat yayıb.
Həmçinin Moskva Ali Hərbi Komandanlıq Məktəbinin Məzunlarının Regionlararası İctimai Təşkilatı da sözügedən məlumatı təsdiqləyib.
Generalın harada və hansı şəraitdə öldürülməsili ilə bağlı əlavə məlumat verilməyib.
Qeyd edək ki, Zavadski Rusiya Silahlı Qüvvələrinin 14-cü Ordu Korpusunun komandirinin müavini vəzifəsini daşıyırdı.
“AzPolitika.info”


Şərhlər