Menu

Türkiyə Azərbaycan-Ermənistan danışıqlarının sülh sazişi ilə nəticələnəcəyinə ümid edir

29.11.2023, 21:47
Türkiyə Azərbaycan-Ermənistan danışıqlarının sülh sazişi ilə nəticələnəcəyinə ümid edir

"Türkiyə Azərbaycan-Ermənistan danışıqlarının daimi sülh sazişi ilə nəticələnəcəyinə ümid edir".

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının icıasının nəticələrinə dair bəyanatda qeyd olunub.

İclas zaman Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi də müzakirə edilib:

“Türkiyə Ermənistan da daxil olmaqla regionun bütün ölkələrinin sülh və rifahına töhfə verəcək davamlı sülhün bərqərar olması istiqamətində bütün səmimi səyləri dəstəkləyəcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol