Eks-məmurların övladları ilə bağlı müzakirələr sonuncu dəfə İkinci Qarabağ müharibəsi dövründə ictimailəşmişdi (Məmurlar isə ayrıca mövzudur).
Sosial şəbəkələrdə açılan həmin müzakirələrdəki əsas sual belə idi: bəs eks-məmurların övladları niyə müharibədə iştirak etmirlər?
O zaman sualın cavabı da elə müzakirələrdə verilmişdi: eks-məmur övladlarının əksəriyyəti Azərbaycandan kənarda yaşayır.
Əvvəllər yüksək vəzifələr tutmuş şəxslərin övladları ilə bağlı məlumatları təqdim edirik:
Eks-nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun daimi yaşayış yeri Böyük Britaniyanın paytaxtı London şəhəridir. Onun restoran və əmlak biznesilə məşğul olduğu deyilir.
Sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu Lətif Bağırovun Türkiyədə yaşadığı çoxdan məlumdur. Eks-nazirin özü də Modern.az-a açıqlamalarından birində oğlunun Türkiyədə kiçik bizneslə məşğul olduğunu gizlətməmişdi.
Keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasovun da oğlunun sorağı ölkə xaricindən gəlir. Belə ki, sabiq nazirin oğlu Yunis Abbasovun Londonda əmlak sektorunda şirkətlərə sahib olduğu bildirilir.
Eks-xarici işlər naziri Elmar Məmmədyarovun iki oğlu var: Riyad və Emin. Elmar müəllimin özü Bakıda, oğlanları isə Amerikada yaşayırlar.
Ləğv edilmiş Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə də xaricdə yaşayan eks-məmur övladları sırasında yer alır. O da hazırda Böyük Britaniyanın paytaxtı Londonda yaşayır.
Yeri gəlmişkən, Cuma Əhmədzadə Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmovun qızı Günel Rüstəmova ilə evlidir. Onların bir neçə ortaq şirkətlərə sahib olduğu barədə məlumatlar var.
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun adını mətbuat dəfələrlə qalmalalla gündəmə gətirib. Hazırda xaricdə yaşayan Anar Mahmudovun Böyük Britaniyada və Avropanın bir neçə ölkəsində şirkətlərə rəhbərlik etdiyi deyilir.
Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov da adı əvvəllər bir neçə dəfə mətbuatın gündəmində olub. Onun hazırda Londonda yaşadığı bildirilir. Hacıbala müəllimin digər oğlunun Almaniyada yaşadığı barədə məlumatlar var.
Sabiq energetika naziri mərhum Natiq Əliyevin oğlu Fərhad Əliyev ailəsilə birgə Türkiyədə yaşayır. O, vaxtilə Azərbaycanı “Eurovision”da təmsil etmiş keçmiş müğənni Safura Əliyeva ilə evlidir.
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun iki oğlundan biri – Asim Müslümlü də xaricdə yaşayır. Məlumatlara görə, o, Britaniyada – Edinburq Universitetində təhsil alıb. Asim Müslümlü hazırda İsveçrədə yaşayır.
2014-15-ci illərdə rabitə və yüksək texnologiyalar naziri olmuş Əli Abbasovun oğlu Eldar Abbasovun da Londonda yaşadığına dair məlumatlar var. O, “Azərenerji “ASC-nin keçmiş rəhbəri Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyeva ilə evlənib.
Bununla yanaşı, bəzi eks-məmurların qızları da xaricdə yaşayırlar.
2001-2006-cı illərdə gənclər, idman və turizm naziri postunu tutmuş Əbülfəs Qarayevin yeganə qız övladı xaricdə yaşayır. Suad Qarayeva Londonda təhsil alıb və orada da çalışır. O, İran əsilli iş adamı Şəhriyarla ailə qurub.
Keçmiş vergilər naziri mərhum Fazil Məmmədovun qızı Selcanxatun ailəsilə birgə Londonda yaşayır və orada bizneslə məşğuldur.
Sabiq səhiyyə naziri Oqtay Şirəliyevin iki qızı – Nərmin və Nərgiz Şirəliyeva Rusiyada yaşayırlar. Nərmin Şirəliyeva Moskva vilayətinin mədəniyyət naziri vəzifəsində çalışır.

Şərhlər
Bir diqqət edin.Ölkədə rüşvət. büdcə oğurluğu.korrupsiya hallarının qanuni hal alması,yığdıqlarının xarici ölkələrdə əmlak və depozitə qoyduğu YAP-ın vəzifəli şəxslərinin əməlləri bu qədər ifşa olunduğu halda hakimiyyətin bu məsələyə biganə qalması,hərəkətsizliyi,diqqət etməməsi nələrdən xəbər verir?Bu Azərbaycanda mövcud sistemin zərərli fəaliyyətini təsdiq etmirmi?Niyə bu halların qarşısını almaq,ölkədən çıxarılan vəsaitlərin geri qaytarılmasına cəhdlər edilmir?
Guya indi vəzifədə olan nazirlərin evladları xaridə deyil və onlara vəsaiti ataları oğurladıqlarından göndərməyib və göndərmir?
HAMININ BİLDİYİ VƏ DANIŞDIĞI BU MƏNİMSƏMƏ,OĞURLUQ HALLARI İLƏ MƏŞĞUL OLAN VƏZİFƏLİ YAP ÜNSÜRLƏRİNİN ÖLKƏNİ TALAN EDİB XARİCİ ÖLKƏLƏRDƏ YERLƏSDİRDİYİ VƏSAİTLƏRİN GERİ QAYTARILMASI ÜÇÜN HAKUİMİYYƏT NİYƏ HƏRƏKƏTSİZDİR?NİYƏ BU VƏSAİTLƏRİN ÖLKƏYƏ QAYTARILMASINA CƏHD GÖSTƏRİLMİR.HEÇ OLMASA SEÇKİ ÖNCƏSİ HAKİMİYYƏT HƏRƏKƏTƏ KEÇMƏLİ VƏ ÖZÜNÜN XALQ QARŞISINDA BORCUNA (XALQ MALININ QORUNMASI ) ƏMƏL ETMƏLİDİR.
Belə halların baş verməsi iki halda ola bilər.......Başqa variant mrmkrn deyil.Hər iki hal cinayətdir.Yoxsa onlar həbs edilərdilər.
.
Dövlətimi və xalqımı qəlbən sevən bir vətəndaş kimi qeyd etmək istəyirəm Ki. sabiq nazir Əli Abbasov hayıf oldu. O əsl savadlı. ciddi və tələbkar bir naxzir idi. O nazir vəzifəsindən azad edildi, yerinə Rəşad Nəbiyev nazir təyin olundu.... Nazir təyin olunduğu ilk gündən Əli müəllimin ölənlərinə rəhmət oxutdurur !
Rəşad Nəbiyev nazirliyi özəllıəşdiribdir. onun qəbuluna düşmək qeyri mümkündür ! Özünü Şah hesab edir !
Nazirlər və İcra başçıları təyin olunan ilk gündən öz ətraflarına layiq oldu, olmadı öz admalarını təyin etməyə başlayırlar və bunun da nəticəsi dövlət əmlakının talan olmasına gətirib çıxarır ! Belə hallara son qoyulmalıdır və onlar tez-tez iş yerləri dəyişdirilməlidir, çünki indi məmurlar uzun müddətdir ki, tutduqları vəzifədə işləyirlər və həmin sahəni demək olar ki, özəlləşdiriblər.
kimin hardan nə qədər oğurladığını, bundan nə qədər otkat aldığını da maliyyə naziri samir şərifov çox yaxşı bilir, Mikayıl cabbarov da yetrincə məlumatlıdır
xarici işlər nazirliyi yağlı tikədir, kiçik bir nazirlik olsa da, işçiləri yarım-yoxsul dumda dolansalar da, rəhbərliyin əli həmişə iri pullarla oynayıb. Ona görə də XİN-ə rəhbər şəxs qismində ayaq qoyan hər kəs, sonradan buradan əl çəkə bilmir, lap mmamedyarov kimi. Ceyhun müəllim də Elmar müəllimin başmaklarını geyinib çıxıb yola... ona görə də XİN-də Elmar müəllimin getməsi və ya qalması heç bir fərq etmir, elə hər şey onun dövründəki kimi qalıb...
Bəs bizim nəzarət orqanları?O boyda Prizident aparatı,Nazirlər Kabineti hara baxlb.Nə işlə məşğuldurlar?Deməli qəsdən nəzarət etməyiblər.Çünki bu əməliyyatlat illərlə davam edib və etməkdədir.Bəs niyə belədir?Bunun cavabı bir dənədir.O da odur ki, nəzarət etməlilər özləri də bu işlərə qatışdıqklarında nəzarət unudulub.Bu işləri bəzəməklə üstünü örtmək mümkün eyil.Çünki bu hallar bir deyilşbeş deyil.Deməli ölkədə hakimiyyət belə təşkil olunub..Odur ki,Zərbaycanın gələcəyi qranlıq görünür.
“Yığın!Talayın!Çalın-çapın!Daşıyın!” deyə arxalarında qaya kimi dayanıb əmr verənlər kimlər olub?”Sırtlan sürüsü öküzü acgözlüklə parçaladığı kimi parçalayın sökün,içalatını ulaya-ulaya gəmirdiyi kimi gəmirin büdcəni!” deməsəydilər bunlar yəni o qədər cürət sahibiydilərmi?Bunlar özbaşınaydılarmı?Xəbərsiz yüzcə dolları ciblərinə dürtsəydilər qorxularından gecəni yatammazdılar,infarkt vurardı bunları.Tikəni barmaqlarıyla boğazlarından dartıb çıxarardılar vallah.
kim oğurlayıbsa xoş haramı olsun. rahatlıq nəsib olmasın onlara.
Bes ingilisler harada yasayir
Bu sistemin ayıbı,idarəçiliyin yarammazlığı nəticəsi deyilmi?
Deyək ki taladıqları zaman görən,eşidən,bilən olmayıb,”Tıq-tıq xanım”dakı düyü oğurlayan siçanlar kimi ahəstəcə talayıblar,heç kəsin ruhu belə inciməyib.Amma xaricə necə daşıyıblar?Ya poçt,kart göndərişiylə,ya da gömrükdən çemodanlarla.Quru yolu olsa da,dəmir yolu,dəniz yolu,hava yolu olsa da gömrükdən keçməli deyillərmi?Soruşan olmayıbmı bu milyardları ölkədən niyə çıxarırsan?Sənindirsə maaşla necə sahiblənmisən bunlara?Ticarətlə məşğul olmağa ixtiyarları yoxdu axı məmurların qanunən.Milyardları ölkədən çıxararkən tutulmayacaqlarına o müdhiş,əzəmətli qarantiyanı kimlər verib bunlara?Qərbdəki şirkətlərinə ortaq olanlar kimlərdirsə bu sualların cavabı onlardadır.Onu da nəzərə almaq lazımdır ki,heç də bütün ortaqlar rəsmi sənədlərdə görünməz.Sovet vaxtındakı dükan-bazar sahibləri kimi.Hərəsinin müdiri,bazarkomu-filanı vardı kağızlarda,amma hər bir obyektin qeyri-rəsmi sahibi vardı.Hamı o vaxtlar bilirdi,məsələn,Təzə Bazar kimindi,Köhnə Univermağı kim saxlayır,Çinar kafesi kimindi,Təzə İnturist kimindi,Dərnəgül yolundakı o boyda un kombinatı-filan kimindi.Amma heç bir sənəddə o şişkaların adı keçməzdi.
Hec ne olmaz nece yigmishdilar elede kusarlar.1000000 mlna ayi etini yeyen oglana ayinin ceddi tutacaq .Yaxsi ki,Londona gedib mesede ayi qalmazdi.Ayilar yeqin dua edibler ki getsin Londona yoxsa mesede ayi qalmazki
Yağlı vəzifə katapult rolunu oynayıb yəni bunlar üçün.Katapultun bir tərəfinə uşaqlarını qoyublar Avropaya atılmaq üçün,o biri tərəfinə də ağırlıq üçün xalqdan çırpışdırdıqları var-dövləti.Uşaqların qoyulduğu tərəfdən ipi kəsəndə o biri tərəfdəki pul kütləsinin ağırlığı katapultu böyük qüvvəylə aşağı dartıb və o biri ucdakı uşaqlar uçub gedib düşüblər Londona,Parisə,Berlinə,Moskvaya,Pul qoyulan tərəf nə qədər ağır olarsa uçuş məsafəsi daha uzun olar,ona görə də okeanın o tayına,Vaşinqtona,Filadelfiyaya,San-Fransiskoya-filana uşağını uçurmaq istəyirsə buyursun,xalqın dərisini daha çox soysun.Xalq nə qədər soyularsa oliqarx-məmurların balaları daha uzaqlara uçub xöşbəxt olarlar.Dözmək lazımdır,təki məmur balaları xoşbəxt olsun.Millət ac qalsa da olar.
Az qalıb.Bunları gətirib yığdıqlarını burunlarından gətirəcəyik.
Londonu bizim oğrular fırladır
Yığdıqları yox,oğurladıqlarını yaz.
Xankəndindəki erməni evlərinin satınalma pullarının mənbəyini isə Sizlər bu məlumatda verirsiz ,qudurğanlar heç olmasa bu işdə kömək etsin ,yoxsa yenə kasıblar ?