Menu

Flora Kərimova Türkiyə Baş Prokurorluğuna müraciət edib - Heydərovanı məhkəməyə verdi

15.01.2025, 20:33
Flora Kərimova Türkiyə Baş Prokurorluğuna müraciət edib - Heydərovanı məhkəməyə verdi

"Türkiyə Cümhuriyyətinin Baş Prokurorluğu Xalq artisti Flora Kərimovanın iddiasını icraata qəbul edib. Azərbaycanın canlı əfsanəsi Flora Kərimova, ixtisasca nevroloq olan, lakin plastik-cərrah sertifikatı almış Sevinc Heydərova ilə bağlı hüquqi mübarizəsini uzun müddətdir davam etdirir. Azərbaycanın məhkəmə sistemində Sevinc Heydərovanın xeyrinə qərar çıxarılsa da, bu qərar bir çox suallar doğurur. Çünki məhkəmə Sevinc Heydərovanın cərrahiyyə sertifikatını necə əldə etdiyini dərindən araşdırmamışdı. Nevroloqun plastik cərrah sertifikatı alması ilə bağlı prosedurda qanunsuzluq şübhələri mövcuddur".

"AzPolitika" xəbər verir ki, bu sözləri ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova sosial şəbəkədə yazıb. O, Xalq artisti Flora Kərimovanın plastik-cərrah Sevinc Heydərova tərəfindən uğursuz əməliyyat olunmasından yazıb.

O bildirib ki, F.Kərimova məsələ ilə bağlı Türkiyədə məhkəməyə müraciət edib: "Flora Kərimova həm bir sənətkar, həm də bir həkim olaraq, Sevinc Heydərovanın plastik-cərrah sertifikatını necə əldə etdiyini araşdırmağa başlayanda bu yol Türkiyəyə uzanır. Araşdırmalar zamanı məlum olur ki, Sevinc Heydərovaya Türkiyədə cərrahiyyə kursu keçdiyinə dair sənədlər professor Məhmət Bozkurt tərəfindən təqdim edilib. Məhz bu sənədlər əsasında Sevinc Heydərovanın Azərbaycan Səhiyyə Nazirliyini aldadaraq sertifikat aldığı iddia olunur. Flora Kərimova bu saxtakarlığı üzə çıxarmaq üçün Türkiyədə vəkil tutaraq hüquqi mübarizəyə başlayıb. Artıq Türkiyə məhkəməsi Flora Kərimovanın iddiasını qəbul edib. Türkiyə hüquq sistemi ədaləti ilə tanınır və orada şəxsi əlaqələr və tanışlıqlar hüquqi proseslərə təsir etmir".

Jurnalist iddia edib ki, S.Heydərova saxta sənəd alıb: "Xatırlayırsınızsa, professor Məhmət Bozkurt mənə verdiyi açıqlamada sənədlərdəki imzanın ona aid olmadığını və imzanın Sevinc Heydərova tərəfindən saxtalaşdırıldığını bildirmişdi. Bu açıqlamadan sonra Sevinc xanım isə maraqlı bir bəyanat vermişdi. Guya mən Məhmət Bozkurtu qorxutmuşam. Vallah, Amerikadan Türkiyəyə əlimi uzadıb bir professoru qorxutmaq gücündə olduğumu bilsəydim, bəlkə Hollivudda filmlərə də çəkilərdim. Görəsən, Türkiyənin hüquq sisteminə olan inamım niyə bəzilərinə bu qədər qorxulu görünür? Maraqlıdır. Flora Kərimovanın vəkili Elcan Həsənli məsələnin araşdırılması üçün Türkiyədə olub. Onları dinləyək, çünki bu hekayə bitməyib".

Qeyd edək ki, F.Kərimova da həkimi uğursuz əməliyyata görə məhkəməyə verib. 2021-ci ildə F.Kərimovanın gözlərinin üstünü estetik əməliyyat edib, botoks vurub. Ancaq müğənni bunun əks fəsadlarını görüb, gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib.

Şərhlər

Fəridə 2025-01-17 17:02:18

Allah ağıl versin.Təzminat ustəyir? Ay Flora niyə bu yaşında lənət qazanırsan?Oyur,qakan ömrünü aam kimi yaşa da!

Ruqye 2025-01-16 18:55:25

Qoca kiii qocasandaaa

Roma 2025-01-16 10:14:00

Azərbaycanda ilk plastik əməliyyat olunanlardan biri, bəlkə də birincisi Flora Kərimovadır. "Mehman" filmində prokurorun arvadı rolunda Flora xanım çəkilib və orada onun burnu əməliyyat olunmayıb, yəni doğma burnudur. Yəni demək istəyirəm ki, Flora xanımın bu sahədə, necə deyərlər, təcrübəsi var...

Laçınlı balası 2025-01-16 09:18:34

Flora Kərimova korifey sənətkardır. Amma qocalıb

ƏDALƏT 2025-01-16 08:44:02

Flora xanim hər il kimisə məhkəməyə verir. Hər dəfədə uduzur. Bu yaşda sizə bu lazimdi ?

dadaşyev 2025-01-15 21:54:36

Əşi sənin də bu yaşında işin-gücün yoxdu deyəsən,qoca arvadsan məhkəmələrdə çəkişməklə başını qatırsan.Plastik əməliyyat elətdirib gənc qadın olmaq istəyirdin?Hər yaşın öz aləmi var,gördün ki qocalmısan otur evində küftə-bozbaşdan,dolmadan-zaddan bişir,qocalığını yaşa daa.Köhnə maşının mostunu nə qədər yığdırsan da yenə köhnə olacaq ki köhnə.Təzə maşın ayrı şeydi.

ƏNHU 2025-01-15 15:48:15

Flora xanım yuxudan ayılmayınca Azərbaycanda sabah açılmır. Günəş sübhün gəlişini onun kiprikləri arasından gülümsəyərək elan edir.

Fəzilə 2025-01-15 13:18:22

Flora bu yaşında hansı ehtiyacan plastik əməliyyata gedib?Utanmasan oynamağa nə var ki!Yeniən ərə getmək düşünüb?Əvvəlcə səhvi özündə axtarsın.Axı hər yaşın cərrahiyyə əməliyyatlarına özümü,nəticə başqa cür olur.Bunu Flora niyə anlamır?

Eli 2025-01-15 12:49:52

Böyük dünyagörüşüne malik Flora Xanım neden hekim seçiminde sehve yol verib?Bir Senetkar olaeaq Flora Xanım evezsizdir -Canlı Korifeydur,ancaq hekimliyine menim şübhelerim var.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol