Çox yox, bir gün yarım davam edən yağış paytaxt Bakını iflic vəziyyətə salıb.

Şəhərdəki vəziyyət və xəbərlər sanki müharibə, yaxud böyük bir təbii fəlakət xronikasını xatırladır – “Sabunçuda iki nəfər suda batıb”, “Yasamalda yaşayış evində uçqun olub”, “Mərkəzi Heydər Əliyev prospekti bağlanıb”, “Sabunçuda tunel su altında qalıb, xilasedicilər hadisə yerinə cəlb olunub”, “8 Noyabr prospektinin bəzi hissələri su altında qalıb”, “Zığda yaşayış evlərində kanalizasiya olmadığından sel suları küçələri və yolları basıb” və sair. Niyə? Çünki cəmi gün yarım yağış yağıb…
Əslində, paytaxtda yaranan bu vəziyyət şəhərin 2000-ci illərin əvvəllərindən başlayan tikintisinin və sonrakı təsərrüfat idarəçiliyinin acı nəticəsidir. Bugünkü biabırçı mənzərədə xüsusilə də Bakını öz ağlına uyğun şəkildə “tikən”, idarə edən, nə kanalizasiya, drenaj, nə də təsərrüfat infrastrukturunu vecinə almadan şəhəri qarış-qarış “novostroyka biznesmenləri”nə satan başabəla mer Hacıbala Abutalıbovun və onun özbaşınalıqlarına səsini çıxarmayanların xüsusi “xidmətləri” var. Onun “tikdiyi” şəhərin vəziyyəti başqa cür ola da bilməzdi. Hazırda ilin böyük hissəsini Qaxdakı villasında keçirdiyi deyilən Abutalıbov yəqin ki, indi Bakıdakı vəziyyətə baxıb heç bir xəcalət hissi-filan keçirmir…
Zamanında mütəxəssislər, ictimai fəallar və s. dəfələrlə Abutalıbovun ixtiyarına verilən Bakını bu gedişlə qarşıda böyük sıxlıq və bundan irəli gələn ciddi fəsadlar gözlədiyi barədə xəbərdarlıqlar etsələr də, buna məhəl qoyan olmadı. Bu da nəticəsi…

İndi milyonlarla dövlət vəsaitinin “silindiyi” və hazırda su altında qalan bu tunellərə görə kimsə cavabdehlik daşıyırmı? Bunları kim layihələndirib, kim tikib, necə tikib ki, yağan yağış heç yerə axmır? Təəssüf ki, bəzi məlumatlara görə, hətta bu yolları və tunelləri tikənlər hazırda Qarabağda gedən tikintilərdə də böyük pay sahibi kimi iştirak etməkdədirlər…
Qarşıdan noyabr ayı və həmin ayda keçiriləcək COP29 gəlir. Görəsən, on minlərlə, bəlkə də daha çox xarici qonağın qatılacağı və iki həftə davam edəcək tədbir günlərində də bu cür yağışlar olsa, bizi nələr, hansı biabırçılıqlar gözləyir? Həmin vaxt bugünkü vəziyyətin yaranmaması üçün az qala şəhərin yarısı sökülüb təzədən tikilməlidir ki, bu da mümkünsüzdür. Deməli, ümid qalır yalnız Allahın lütfünə və ona yalvarmağa!
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Fövqalədə Hallar Nazirinin əməkdaşları qanuni qaydada təd birlər görmək əvəzinə işbazların qanunsuz əməllərinə göz yumurlar. Belə ki. Kolxoz Bazarın ərazisində iki ədəd yanöına qarşı Su hovuzu tikilib istifadəyə verilmişdir. Həmin hovuzların biri Sahib kərimov tərəfindən hovuzun üztünü hüçnə olmamış kimi bağlayıb, özünə kabab bişirin obyekt yaradıb. Digər ikinci Su Hovuzu korrupsioner, Baş memear vəzifəsini icra edən Cahangir Nəbiyevdir. O, da Su Hovuzunun üztünü örtmüş, ne narmalnı oğluna Fantan Kafesi yaratmışdır. FHN-nin yerli nümayəndəsi aidiyyatı üzrə məlumat vermir, öz şəxsi maraqlarınaüztünlük verir.
ACIBALA ABUTALIBOV OTURUB QAXDA DÜNYADAN XƏBƏRİ YOXDUR EV İŞLƏRİNİ ÖZÜ GÖRÜR.ONA ANCAQ TƏRXƏK BAMBULU DEMƏK OLAR VƏSSƏLAM
Hacıbala Abutalıbov məmurların yarıtmazlığının konkret insan şəklindəki təzahürüdür.
Hər yerdə yarıtmaz tikinti işləri aparılır, çünki hamısı qeyri-peşəkar kadrlardan ibarətdir, savadsız qohum-qardaşlarıdır! Faciə baş verən hamı başlayır danışmağa, Hadı müəllim I katib olanda Şəki Bazarın ərazizində sakinlərinə dincəlmək üçü istirahət yeri, həm də Yanğın üçün 150 kv.m sahəsi olan Su Hovuzu tikdirib istifadəyə verdi. Bu gün o istirahət yerini korrupsioner Cahangir Nəbiyev o vaxtkı vəzifəsindən istifadə edib mənimsəyibvə hərbi xidmətdən yayınan oğlu Tural üçün Fantan kafesi yaradıb. Aidiyyatı şəxslə Cahangir Nəbiyevi n özbaşnalığına hələdə göz yumur. 100 obyektlərin sahibidir..
Axwamdan tedbir gòrmek lazim idi..elave nasoslar,texnikalar celb etmek lazim idi..çox nòqsan her sahede
Menim şerhimi heç vaxt vermirsiz..Abutalibov 10 ildi yoxdu..ondan sonra guya tikinti getmir?ondan qat-qat artiq tikinti gedir..binalarin heyeti yox,parkovka yox,uwaq meydançasi yox,keyfiyyetide 0..kanalizasiyadan umumiyyetce daniwmaq gunahdi
Birdn GOP 29 zamanı belə yağış yağdı.Onda nə olacaq?Kim belə halların cavabını verməliir?Qurumlar.onların nazirlikləri,yoxsa şəhər ağası qoyuğunuz MER? Baş nazor,Prezident aparatı bu suallatra cavab aydımlıq gətirməməlidır?
Dogrudur yazdılqlarınız Yaşlı insanlar bilir .Bakının tarixində 2 mer olub Əliş Ləmbəranski və Rauf Gülməmmədov. Şəhərsalma dərin bir elmdir Cox acı olsa da deməliyik ki. nə Hacıbala nə də indi ki. bu elmden uzaqdırlar
Abutalıbovun özbaşınalığının qarşısı niyə alınmırdı?Guya ondan sonra nəsə dəyişdi?Sistem çürükdür
Qelbimden keçenleri yazmısan.Allah razı olsun.
Ölen 2 neferin hesabını kim verecek ?
COP -29 ərəfəsində belə yağsın , şəhər iflic olsun ,əmin olun ölkədə « zəlzələ »! olacaq ,neçə kəllələr gedəcək ,köhnə ,indiki məmurlar məşər ayağına çəkiləcək ,buvaxtacan səs çıxarmayan deputatar tənqid ( tərif ) növbəsinə duracaqlar .Utanmırlar deyirlər ki 2040-cı ildə kanalizasiya ilə tullantı suların xətləri ayrılacaq ,ona qədər isə ya tunellərdə batıb ölün ,ya da qayıq alıb sularda « kef » çəkin
Bəli, ümid qalır all
Guya təzə mer nə edir ? Daş binaları keyfiyyətsiz kraska ilə rəngləyir, kanalizasiya sistemi isə it günündədir..
"Normadan artıq yağış yağıb". İndi hamısı ağız-ağıza verib ancaq bunu ulayacaqlar,vəssalam.
КООРРУУППССИЯ