Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani və Almaniya Prezidenti Frank-Valter Ştaynmayer İsrailin blokadası altında olan Qəzza zolağında baş verənləri müzakirə ediblər.
“AzPolitika.info” xəbər verir ki, iki liderin görüşündən əvvəl protokol böhranı dünya mediasında böyük rezonans doğurub.
Belə ki, görüşlə bağlı paytaxt Dohaya səfər edən Ştaynmayer Qətərin xarici işlər naziri Sultan Əl-Muraiçi nə az, nə çox düz yarım saat təyyarəsinin pilləkənlərində gözləməli olub.
Almaniya mətbuatı sözügedən hadisənin baş vermə səbəbini İsrailə dəstəklə əlaqələndirib. Mətbuat hökumətin İsrailə dəstəyinə Qətərin bu cür reaksiya verdiyini iddia edib.
“AzPolitika.info”


Şərhlər