Menu

Bakıda işlətdiyi kafedə qumar oyunları təşkil edən şəxs saxlanılıb

30.11.2023, 12:04
Bakıda işlətdiyi kafedə qumar oyunları təşkil edən şəxs saxlanılıb

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Məhəmmədi qəsəbəsi ərazisində yerləşən kafelərin birində qumar oyunlarının təşkili aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Özünə məxsus kafedə qumar oyunları təşkil etməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol