Rusiya bu ölkəyə gedən əcnəbilərə qarşı yeni tələblər irəli sürməyə hazırlaşır.
“AzPolitika.info” xəbər verir ki, Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov “İnterfaks”a bildirib ki, Rusiya Federasiyasına daxil olan miqrantlarla “loyallıq müqaviləsi”nin imzalanması haqqında qanun layihəsi hazırdır.
Bu işlə Dumanın MDB İşləri Komitəsi, Prezident Administrasiyası, Rusiya Federasiyası Hökuməti və Daxili İşlər Nazirliyi məşğuldur: “Biz bu sazişə hansı parametrlərin daxil edilməli olduğunu müəyyənləşdiririk. Sənəddə Rusiya Federasiyasına daxil olan əcnəbi vətəndaşın müəyyən qaydalara əməl etməyə, xüsusən də ölkəmizin daxili və xarici siyasətini gözdən salmamağa, Böyük Vətən Müharibəsi ilə bağlı tarixi faktları təhrif etməməyə razılıq verməsi nəzərdə tutur”.
Həmçinin, əcnəbilərdən nikahla bağlı məsələləri yalnız Rusiya Federasiyasının Konstitusiyasında nəzərdə tutulmuş müddəalar əsasında həll etmələri tələb olunacaq.
“AzPolitika.info”

Şərhlər