“Save the Children” (“Uşaqları Xilas Et”) təşkilatının açıqladığı yeni məlumatların təhlilinə əsasən, 2022-ci ildə iqlim böhranından ciddi şəkildə təsirlənən ölkələrdə 27 milyondan çox uşaq aclıq və qida çatışmazlığına məruz qalıb ki, bu da əvvəlki illə müqayisədə 135 faiz artım deməkdir.
“AzPolitika.info” bu barədə təşkilatın rəsmi saytına istinadla xəbər verir. “Save the Children” müəyyən edib ki, 2022-ci ildə ekstremal hava hadisələri səbəbindən 12 ölkədə kəskin ərzaq təhlükəsizliyi böhranı və ya daha da pisləşən 57 milyon insanın təxminən yarısını uşaqlar təşkil edir. Bu, 58 ölkədə aclıqla bağlı fövqəladə halların qiymətləndirilməsi üçün monitorinq sistemi olan İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Təsnifatı (IPC) şkalası üzrə məlumatlara əsaslanır. IPC, ekstremal hava hadisələrinin qida böhranının əsas səbəbi olduğu ölkələrdə aclıqla üzləşən insanların sayının beş il ərzində təxminən iki dəfə artdığını - 2018-ci ildəki təxminən 29 milyon insandan 2022-ci ildə 57 milyona yüksəldiyini təxmin edib.
Keçən il ekstremal hava şəraitinin aclığın əsas səbəbi olduğu ölkələrin əksəriyyəti Afrika Buynuzu bölgəsində cəmləşib, Efiopiya və Somali 27 milyon uşağın təxminən yarısını təşkil edir. IPC-yə görə, 2022-ci ildə hava şəraitinin aclığın əsas səbəbi olduğu 12 ölkə Anqola, Burundi, Efiopiya, İraq, Keniya, Madaqaskar, Malavi, Pakistan, Somali, Tanzaniya, Uqanda və Zambiya olub.
Somali dəfələrlə iqlim böhranının cəbhə xəttində olub, ardıcıl beş yağışlı mövsümdən əziyyət çəkib. İndi ölkə yenidən uçurumda dayanır, kütləvi daşqın kimi ekstremal hava hadisələri bu il aclığı daha da gücləndirəcək.
Son həftələrdə yağan güclü yağışlar və daşqınlar 650,000-ə yaxın insanı – təxminən yarısı uşaqdır – ailələrin qida və tibbi yardım almaq imkanından məhrum edib. İndiki daşqınlar ölkə üçün milyonlarla uşağı ac və qidasız qoyan quraqlıq illəri qədər dağıdıcı ola bilər.
Pakistan keçən il ölkənin üçdə birini su altında qoymuş, yarısı uşaq olmaqla 33 milyon insana təsir edən dağıdıcı daşqından sonra ekstremal hava hadisələrinin aclığın əsas səbəbkarı olduğu ölkələrdən biri idi. Bir ildir ki, daşqından təsirlənə 2 milyondan çox uşaq kəskin qida çatışmazlığından, təxminən 600.000 uşaq qida çatışmazlığının ən ölümcül formasından əziyyət çəkir.
“Save the Children”ın iqlim böhranı ilə əlaqədar hazırlanan hesabatına görə, qlobal miqyasda təxminən 774 milyon uşaq və ya dünya uşaq əhalisinin üçdə biri yoxsulluq və yüksək iqlim riskinin ikiqat təsiri ilə yaşayır.
“Save the Children”ın baş icraçı direktoru İnqer Aşhinq deyib ki, meşə yanğınlarının, daşqınların, quraqlıqların və qasırğaların qorxulu yeni normala çevrildiyi bir dünyada uşaqlar bu gün təkcə iqlim fövqəladə vəziyyəti ilə deyil, aclığın onsuz da izdihamlı masa arxasında arzuolunmaz qonaq olduğu artan bərabərsizlik mənzərəsi ilə üzləşirlər: “İqlimlə bağlı hava hadisələri daha tez-tez və şiddətləndikcə biz uşaqların həyatında daha kəskin nəticələri görəcəyik. 2022-ci ildə əvvəlki illə müqayisədə 135 faiz daha çox uşaq ekstremal hava hadisələri səbəbindən ac qalıb”.
SƏMLA
AzPolitika.info


Şərhlər