Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan 10 girovu azad etməyə hazır olduqda, İsrail hakimiyyəti atəşkəsi uzatmağa hazırdır.
“AzPolitika.info” xəbər verir ki, bu barədə CNN telekanalına İsrail Baş nazirinin müşaviri Mark Regev məlumat verib. "İsrailin humanitar atəşkəsin uzadılması ilə bağlı mövqeyi aydındır. Biz hər gün 10 canlı girov müqabilində atəşkəsi uzatmağa razılaşdıq. Əgər HƏMAS hər gün 10 girovu azad etməyə davam edərsə, atəşkəsi uzadacağıq", - deyə Regev vurğulayıb.
Lakin HƏMAS razılaşmanın şərtlərini yerinə yetirməsə, yəni 10 girovu azad etməsə, təbii ki, hərbi əməliyyatlar davam edə bilər. İsrail Baş nazirinin məsləhətçisinin sözlərinə görə, hazırda Qəzza zolağında azı 140 girov var. Eyni zamanda, Regev vurğulayıb ki, “İsrail HƏMAS hərbi maşınını məhv etmək və Qəzza zolağı üzərindəki gücünü zərərsizləşdirməkdə qərarlıdır”.
Noyabrın 22-də Həmas Misir və Qətərin vasitəçiliyi ilə İsraillə Qəzza zolağında noyabrın 24-də qüvvəyə minən 4 günlük humanitar atəşkəs haqqında razılığa gəldiyini açıqladı. Razılaşmalar İsrail həbsxanalarından yeniyetmələrin (19 yaşa qədər) və qadınların azadlığa buraxılması müqabilində anklavda saxlanılan uşaqların, yeniyetmələrin (19 yaşa qədər) və qadınların azad edilməsini nəzərdə tutur.
Rüfət
AzPolitika.info


Şərhlər