Menu

Qızılca ilə bağlı məktəblərin karantinə bağlanıb-bağlanmadığına aydınlıq gətirilib

30.11.2023, 16:25
Qızılca ilə bağlı məktəblərin karantinə bağlanıb-bağlanmadığına aydınlıq gətirilib

Son vaxtlar qızılcaya yoluxma halları artıb. Qızılcaya yoluxanlar arasında uşaqlar üstünlük təşkil edir. Bu səbəbdən qızılcaya yoluxmalarla bağlı hansısa məktəb və ya sinfin karantinə bağlanıb-bağlanmaması məsələsinə aydınlıq gətirilib.

Bu barədə APA-ya açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov məlumat verib.

O qeyd edib ki, qızılcaya yoluxma ilə bağlı hansısa məktəb və ya sinfin karantinə bağlanması ilə bağlı hal yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol