OLİQARX OĞLU ÇOXSAYLI “XAHİŞLƏRDƏN” SONRA MƏHKƏMƏYƏ GƏLDİ – "Sea Breeze"dəki davanın təfərrüatları məlum oldu
Noyabrın 30-da Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə "Sea Breeze" istirahət mərkəzində oliqarx övladlarının iştirakı ilə baş verən kütləvi dava ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Məlumat üçün bildirək ki, bu ilin iyununda "Sea Breeze"də baş verən kütləvi dava ilə bağlı 3 cinayət işi başlanıb və sözügedən hadisənin iştirakçıları bir cinayət işi üzrə zərərçəkən, digər cinayət işi üzrə isə təqsirləndirilən şəxs qismində çıxış edirlər...
Belə ki, birinci cinayət işində Elnur Məmmədov tərəfindən təhqir edilən, avtomobili əzilən Elmir Üzeyir oğlu İsmayılov, Peyman Rəhman oğlu Vəlizadə, Məhəmməd Natiq oğlu Həsənzadə və Sumqayıt məktəblərindən birinin 10-cu sinif şagirdi təqsirləndirilən şəxs, Elnur Leysan oğlu Məmmədov və dostu Cavad Vahid oğlu Muradov isə zərərçəkən kimi tanınıblar. İkinci cinayət işində isə Elnur Məmmədovun dostu Cavad Vahid oğlu Muradov və Şamxal İlham oğlu Məmmədov təqsirləndirilən şəxslər, Elmir Üzeyir oğlu İsmayılov, onun qardaşı Elgün Üzeyir oğlu İsmayılov, Peyman Rəhman oğlu Vəlizadə və Məhəmməd Natiq oğlu Həsənzadə zərərçəkəndirlər.
İstintaqı davam edən üçüncü cinayət işində isə Elnur Leysan oğlu Məmmədov və hazırda axtarışda olan digər şəxslər təqsirləndirilən şəxs statusundadırlar. Maraqlıdır ki, Elnur Məmmədov barəsində cinayət işi başlansa da, o istintaq tərəfindən zərərçəkən kimi tanınıb.
Hazırda ilkin olaraq araşdırılan bu qalmaqallı cinayət işi üzrə Elmir Üzeyir oğlu İsmayılov, Peyman Rəhman oğlu Vəlizadə, Məhəmməd Natiq oğlu Həsənzadə və məktəbli M.Ə təqsirləndirilən şəxsdirlər. Hazırda məktəbli xaric, digər 3 şəxs həbsdədir. M.Ə azyaşlı olduğundan barəsində həbslə əlaqəli olmayan qəti-imkan tədbiri seçilib.
Cavad Muradov və Elnur Məmmədov isə zərərçəkəndirlər.
Bu vaxta qədər məhkəmədə cəmi bir dəfə iştirak edən, hakim Mirheydər Zeynalovun çağırışlarına məhəl qoymayan Məmmədov Elnur Leysan oğlu məhkəmənin çoxsaylı "xahişlərindən" sonra zərərçəkən kimi tanındığı iş üzrə məhkəmə prosesində ikinci dəfə iştirak etmək qərarına gəlib. Bu dəfə də qardaşına məxsus “TT Fight Club” adlı döyüş klubunda məşq edən idmançı dostlarının əhatəsində məhkəməyə gələn Elnur, dövlət ittihamçısının və təqsirləndirilən şəxslərin vəkillərinin suallarını cavablandırarkən növbəti dəfə Elmir İsmayılovu vurduğunu etiraf edib: "Ailəliyəm, 2 övladım var. İqtisadiyyat Nazirliyi yanında Vergilər Xidmətində çalışsam da, artıq oradan ayrılmışam. Təqsirləndirilən şəxslərlə aramızda heç bir ədavət yoxdur. Hadisə günü Vüqar və Cavadla birlikdə Jah Khalib adlı müğəninin konsertinə getmişdik. Arxamızdakı masada isə Elmir və 2-3 nəfər dostu əyləşmişdi. Hadisəni tam xatırlamıram. Hər şey çox sürətli baş verdi. Vüqar Elmiri bizim masamıza dəvət etdi. Elmir və dostları bizim masamıza yaxınlaşdılar. Bu zaman Elmirlə aramızda münaqişə baş verdi. Elmirə bildirdim ki, xoş gəlirsən, ancaq yoldaşların gəlməsin. Daha sonra ortaq dostumuz olan Vüqar bizi barışdırmaq istədi. Dava isə restoranın çölündə oldu. Dayanacaqda üz-üzə gəldik və bu zaman Elmir mənə yumruq atdı. Zərbə gözümün alt nahiyəsinə dəydi. Bu zaman yerə yıxıldım. Özümü müdafiə edən zaman mən də Elmirə yumruq zərbəsi endirdim. Bu zaman hər ikimiz də içkili idik. Dalaşdıq, sonra da avtomobilə əyləşərək oradan ayrıldım".
Elnur Məmmədovun əksər suallara “bilmirəm”, “xatırlamıram” kimi cavablar verməsi hakimi özündən çıxarıb: “Sizə xəbərdarlıq etdim ki, yalan ifadə verməyə görə cinayət məsuliyyyətinə cəlb oluna bilərsiz. Burda 4 nəfər cinayətdə təqsirləndirilir. Siz də zərərçəkmiş kimi tanınmısız. İndi gəlib deyirsiz ki, xatırlamıram. Onda belə çıxır ki, bu adamlara əsassız ittiham verilib?!”. İttihamda yazılır ki, Elnur Məmmədov hadisə vaxtı huşunu itirib. Məhkəmədə vəkilin eyni sualına cavab verərkən isə huşunu itirmədiyini bildirib.
E. Məmmədov öncədən E. İsmayılovla şəxsi tanışlığının olmadığını, onunla cəmi bir dəfə "Samovar" çay evində görüşdüyünü deyib.
Təqsirləndirilən Elmir İsmayılovun vəkilinin "Elmiri 15 nəfər döyüb?" sualına Elnur "bilmirəm" cavabını verib.
Zərərçəkən şəxs bildirib ki, daha sonra Elmirlə aralarında barışıq əldə olunub və onu şikayət etmək kimi bir fikri olmayıb.
"Davadan sonra Elmiri şikayət etmək fikrim yox idi. Cavada Sabunçu Rayon Polis İdarəsindən zəng gəlmişdi. Dedi ki, "sən də orda olmalısan". Özüm yaxınlaşdım polis bölməsinə", - deyə o bildirib.
Elmir İsmayılovun vəkili Elnurun istintaqa verdiyi ifadəsinin elan olunmasını istəyib. Vəkil deyib ki, bundan əvvəl təqsirləndirilən şəxslərin hər birinin əvvəlki ifadəsi elan olunub. Buna görə də zərərçəkmişin də ifadəsi elan olunmalıdır. Hamıya maraqlıdır ki, niyə görə Elnurun işi ayrıca aparılır. Hakim “əvvəlki ifadənin elanına zərurət yoxdur” deyərək vəsatəti təmin etməyib.
Prosesin davamında təqsirləndirilən şəxslərdən 3-ü sərbəst ifadə verib. Elmir İsmayılov ifadəsində deyib ki, hadisə günü Elnur Məmmədov dostları ilə birgə onu əyləşdiyi masadan kənara çağırıblar. Bu vaxt onlar arasında mübahisə yaranıb, onu döyməyə başlayıblar: “Hadisə “parkovka”da baş verdi. Mənə söyüş söyən də o idi. Amma mən cavab qaytarmadım. Hisslərimi içimdə boğdum. Elnur dostları ilə birgə üstümə hücum etdi. Bir neçə nəfər idilər. Davanı Elnur başlatdı. Üstündən bir az keçəndən sonra qardaşıma zəng etdim ki, gəlin məni götürün. Mən uşaqları ora davaya çağırmamışdım. Səhəri gün Elnur məni görüşə çağırdı. Məndən üzr istədi. Ondan sonra eşitdim ki, gedib polisə şikayət edib”.
Prosesin davamında bu iş üzrə zərərçəkmiş Cavad Muradovun Elnur Məmmədova üz tutaraq “hadisə gününün səhəri kafedə bir nəfərə demisən ki, davanın videosu yayılıb, gəlin kimisə “rasxoda” qoyaq”,- deməsi Elnurun nalayiq şəkildə reaksiyasına səbəb olub. O, elə bir söz demədiyini bildirib. E.Məmmədovun iclas zalında kobud danışmasına hakim sərt reaksiya verib: “Sən deyəsən, buranı olduğun başqa yerlərlə səhv salmısan. Məhkəmə söyüş söymək yeri deyil”.
C.Muradov E.Məmmədovla üzləşməsində ondan hər şeyi necə var danışmasını istəyib: “Kişi kimi danış, orda dava necə başladı? Sən pis söyüş söydün, ona görə… Onun səhəri biz gedib restoranda oturduq, sən Elmirdən üzr istədin. Elmirə dedin ki, nə söyüş söymüşəmsə özümə getsin. Barışıqdan sonra da gedib şikayət verdin. Məsələ belə olub”.
Sonra təqsirləndirilən Elmir İsmayılov E. Məmmədovdan avtomobilinə zərər verib-vermədiyini soruşub. İsmayılov cavabında belə bir şey etmədiyini deyib.
Elmir İsmayılov hadisə zamanı baş verənlərlə bağlı ifadəsində deyib ki, hər şey Elnurun söyüş söyməsindən sonra başlayıb.
"3-4 nəfər dostumla birlikdə konsertdə idik. Elnurgilin masasına yaxınlaşan zaman o söyüş söydü. Daha sonra Vüqar Elnurun qohumu olduğunu deyərək üzr istədi. Hesabı ödəyib restorandan ayrılan zaman Elnur məni kənara çəkdi. Bu zaman söyüş söyərək məni vurdu. Elnur və onun hazırda axtarışda olan 6 dostu məni döydülər. Sonra qardaşıma zəng vuraraq dalaşdığımı və məni xəstəxanaya aparmalarını xahiş etdim. Sonradan məlum olub ki, qardaşım və onun iki dostu ora gəlsələr də, məni tapa bilməyiblər. Məni axtaran zaman oradakı kütlənin içində olduğumu zənn edib, onların aralarına giriblər və dava baş verib. Bu zaman qardaşım Elgünü döyüblər. Sosial şəbəkələrdə yayılan videonun heç bir kadrında mənə aid görüntü yoxdu. Çünki orada olmamışam. Avtomobilə əyləşərək oranı tərk etmişəm. Məni xəstəxanaya Nicat adlı ayıq sürücü aparıb",-deyə o bildirib.
E. İsmayılov barışıq əldə olunsa da, yalan ifadə əsasında tutulduğunu deyib: "İki gün sonra "Xurma" restoranında barışıq oldu. Üzr istədilər və barışdıq. Sonra isə yalan ifadə verib məni tutdurdu".
E. İsmayılov polis idarəsində verdiyi ifadənin tamamının özü tərəfindən yazılmadığını bildirib: "Orada yazılanların bir hissəsində mənim xəttim var. Polis idarəsində bir vəkil yaxınlaşdı və dedi ki, "sənin müdafiəçin mənəm". Həmin vaxt həyəcanlı idim, atamın adını soruşdum, dedi və ona inandım. Şamxalın avtomobilimin qarşısını kəsdiyi ilə bağlı yazılanları təsdiqləmirəm. Məni Elnur və onun 6 dostu döyüb. Onların hamısı xaricə qaçıblar".
Zərərçəkmişin vəkili İsmayılovdan adı məlum olmayan 6 nəfərin Elnurun dostu olduğunu haradan bildiyini soruşub. İsmayılov bu barədə müstəntiqin ona məlumat verdiyini deyib. "Müstəntiq dedi ki, ölkədən qaçıblar. Dava saat 4-də baş verib, 6-da hava limanına gedərək ölkəni tərk ediblər",-deyə o bildirib.
Daha sonra digər təqsirləndirilən şəxs Məhəmməd Həsənzadə ifadə verib.
"Gecə saat 3 olardı. Mərdəkanda bağda idik. Elgünə zəng gəldi. Zəng vuran qardaşı Elmir idi. Dedi ki, "məni döyüblər, gəlin məni aparın xəstəxanaya". Elə bir yerdə getdik "Sea Breeze"ə. Bu zaman bizi səhv istiqamətə yönləndirdilər. Dedilər ki, Elmir o kütlənin içərisindədir. Biz də həmin kütləyə doğru yaxınlaşdıq. Həmin vaxt orada olan Elnur Elmiri söyürdü. Elgün bunu eşidən zaman Elnura öz iradını bildirdi. Sonra isə dava baş verdi. Elgünü vurdular və o yerə yıxıldı. Yerdə onu təpiklədilər", - deyə o bildirib.
Məhəmməd Həsənzadə zərərçəkən Cavad Muradovu vurmadığını deyib: "Mənim Muradı boğduğuma dair ifadə qərəzlidir. Mən onu sadəcə tutmuşam. Nə o məni vurub, nə də mən onu. Ancaq kütlənin içində Elgünü vuran Cavad idi".
Daha sonra digər təqsirləndirilən şəxs Vəlizadə Peyman ifadə verib.
V. Peyman hər şeyin Elnurun söydüyü söyüşə görə baş verdiyini deyib: "Həmin gün Elnur orada söyüş söyməsəydi biz tutulmayacaqdıq. Elgünə zəng gələndən sonra mən də onunla birlikdə "Sea Breeze"ə yollanmışdım. Biz 3-4 nəfər idik. Bu zaman Elnur və 10-a yaxın şəxs tərəfindən mən də orada döyüldüm. Başıma iki tikiş atıblar".
Təqsirləndirilən şəxs məhkəmənin qərəzli iş apardığını iddia edərək, kimlərinsə "sifarişi" əsasında 6 aydır həbsdə olduğunu deyib. "Biz özümüz getmişik xəstəxanaya. Təqsirli olsaq tutalacağımızı bildiyimiz halda xəstəxanaya necə gedə bilərdik? Elnur Elmiri döyüb, maşınına ziyan vurub. Videoda Elmir yoxdur, 4-müz düşmüşük. Həmin videoda isə döyülən tərəf bizik. Buna görə bizi təqsirli bilib, barəmizdə həbs qəti-imkan qərarı veriblər...", - deyə o qeyd edib.
Təqsirləndirilən sonuncu şəxs - Murad Əhmədli isə növbəti iclasda ifadə verəcək.
Qeyd edək ki, “Sea Breeze”dəki davanın əsas fiqurantı olan Elnur Məmmədov ötən ilin aprelinə qədər Binəqədi İcra Hakimiyyəti başçısının müavini olmuş Leysan Məmmədovun oğludur. L. Məmmədovun müxtəlif vəzifələrdə çalışdığı dövrlə bağlı məlumatlar var. O, mətbuatda həm də dövlət büdcəsi hesabına tikilən idman komplekslərinin tikintisinə nəzarət edən “kölgə” adam kimi təqdim olunur. Oliqarxa çevrilməsinin də məhz bu dövrə - dövlət hesabına inşa edilən obyektlərin tikintisi dövrünə təsadüf etdiyi vurğulanır. E. Məmmədovun digər qardaşının isə prokurorluq orqanında çalışdığı bildirilir.
Hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi 7 dekabr 2023-cü il tarixdə baş tutacaq.
Elvin Bəyməmmədli
"AzPolitika.info"
Ölkə
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
GEDE GUDE DEYİRSƏN. GEDE GUDEDEN NE GOZLEMEK OLAR GEDELİK
Onca düşmənləri olan o boyda Bağırov hətta repressiya illərində də Bakı küçələrində maşınla da,piyada da bircə teloxraniteliylə gəzib,bu gədə-güdələr niyə hətta məhkəməyə də on-onbeş teloxranitellə gəlib gedirlər?Çingizxandılar,Teymurləngdilər,nədirlər bunlar?Müharibədən qaçırılan,burunlarına barıt qoxusu dəyməyən,səngərlərdə bircə gecə də qalmayan bu harınbalalar heç düz-əməlli əsgərlikdə də olublarmı ki mərdliyi,adamlığı anlasınlar?Bunlar cəzalarını layiqincə çəkəcəklərmi yəni?Bunlara layiqli cəza veriləcəkmi yəni?Yeməklərini də bahalı restoranlarda yeyirlər,davalarını da bahalı restoranlarda edirlər,barışığı da bahalı restoranlarda edirlər,gəzəndə də bahalı maşınlarda gəzirlər.Göydən eniblər bunlar?Şeytanlardı?Başqa aləmlərdən UFO-larla gəliblər?İkinci Dünya müharibəsində bunlar da soyqırıma uğrayıblar bəlkə,ona görəmi başqalarındandan üstündürlər?Ari irqdəndirlər?