Əsasən şirkət səhmlərinin dəyəri əsasında hesablanan «Bloomberg» Milyarderlər İndeksinə əsasən, Rusiyanın ən zəngin iş adamlarının sərvəti bu ilin əvvəlindən 38,575 milyard dollar artıb.
"AzPolitika.info" adıkeçən agentliyə istinadla xəbər verir ki, indeksə əsasən, ilin əvvəlindən "Lukoyl"un təsisçisi Vahid Ələkbərov 9,14 milyard dollar qazanıb, sərvəti 24,5 milyard dollara yüksəlib.
"Eurochem" və SUEK-in həmtəsisçisi Andrey Melniçenkonun sərvəti 4,03 milyard dollar artaraq 17,2 milyard dollara çatıb.
Eyni zamanda, “Lukoyl”un keçmiş vitse-prezidenti Leonid Fedun 3,89 milyard dollar qazanıb, sərvəti isə 9,76 milyard dollardır.
Ən böyük itkilərə Dağıstan Respublikasından olan Federasiya Şurasının üzvü və sahibkar Süleyman Kərimov dəyib, onun sərvəti 0,65 milyard dollar azalaraq 8,34 milyard dollara düşüb. Kərimov "Bloomberg"-in ümumi kapitalını şərh etmək üçün sorğularına cavab verməyib.
2012-ci ilin martından agentlik planetin ən zəngin 500 adamının sərvətləri haqqında məlumatların yer aldığı «Bloomberg» Milyarderlər İndeksini dərc edir.Rüfət"AzPolitika.info"

Şərhlər