Prezident Volodimir Zelenski yay və payızda çoxdan gözlənilən əks-hücumun gözlənilən irəliləyişləri gətirmədiyini etiraf edib, lakin Ukraynanın geri çəkilmədiyini və yerli silah istehsalını artırmaq üçün köməyə ehtiyacı olduğunu vurğulayıb.
"AzPolitika.info" xəbər verir ki, Zelenski bu barədə «Associated Press» agentliyinə müsahibəsində bildirib.
"Bax geri çəkilmirik, xoşbəxtəm. Dünyanın ikinci ordusu ilə vuruşuruq, mən xoşbəxtəm. İnsanları itiririk, xoşbəxt deyiləm. Biz İstədiyimiz bütün silahları ala bilmədik, xoşbəxt ola bilmirəm, amma çox da şikayət edə bilmirəm...
Biz daha sürətli nəticə istəyirdik. Bu baxımdan, təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilməmişik. Və bu bir faktdır...
İstədiyiniz nəticələrə tez nail olmaq üçün kifayət qədər güc yoxdur. Amma bu o demək deyil ki, biz təslim olmalıyıq, imtina etməliyik. Biz öz hərəkətlərimizə arxayınıq. Biz özümüz üçün mübarizə aparırıq”, - Prezident deyib.
Zelenski izah edib ki, Ukrayna müttəfiqlərindən bütün lazımi silahları almayıb və bu, məhdud sayda silahlı qüvvələrin sürətlə irəliləməsinə imkan verməyib.
Ukraynaya sülh danışıqları ilə bağlı tərəfdaşları tərəfindən təzyiqlər edilib-edilməməsinə dair suala cavabında Zelenski deyib ki, Ukraynaya müttəfiqlər tərəfindən təzyiq hiss etmir. “Hələ bunu hiss etmirəm....Hər zaman bəzi səslər eşidilir”, — deyə Zelenski bildirib.
Rüfət
AzPolitika.info


Şərhlər