Menu

Lavrov ATƏT-in dağılacağını deyir – “İzqoy” münasibətindən küsən XİN başçısı heyfini jurnalistlərdən çıxıb

01.12.2023, 16:02
Lavrov ATƏT-in dağılacağını deyir – “İzqoy” münasibətindən küsən XİN başçısı heyfini jurnalistlərdən çıxıb

ATƏT-in Şimali Makedoniyada keçirilən son tədbirinə qatılan Rusiya XİN başçısı Sergey Lavrov növbəti dəfə özünün “diplomatiya səviyyəsini” nümayiş etdirib və ona qarşı göstərilən “izqoy” münasibətin heyfini jurnalistlərdən çıxmağa çalışıb.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Sergey Lavrov Skopyedə keçirdiyi mətbuat konfransında Rusiyadakı “mətbuat azadlığından” danışıb, ATƏT-in fəaliyyət göstərməsinin isə artıq mənasız olduğuna eyham vurub.

Lavrov açıq bəyan edib ki, indi Rusiya ATƏT-in mövcudluğunda maraqlı deyil: “Əsas (ATƏT-lə bağlı) yaşanan hiss laqeydlikdir. Məsələn, mənim üçün bu təşkilatda nə baş verəcəyi maraqlı deyil".

“Deutsche Welle”-nin müxbiri bu sözlərin Rusiyanın ATƏT-dən çıxmasının mümkünlüyünü ifadə edib-etməməsi ilə bağlı aydınlaşdırıcı sualına cavab olaraq Lavrov kobudluq edib: “Jurnalist təhsilinizi harada almısınız, bilmirəm”.

Daha sonra Lavrov ATƏT-in dağılması ehtimalının yüksək olduğunu açıqlayıb. Artıq ATƏT-i saxlamaq şansının çox az olduğunu deyən XİN başçısı bildirib ki, Skopye görüşündən sonra ATƏT-in dağılması ehtimalı daha da artıb: "Şanslar artdı, lakin təşkilatı qorumaq üçün deyil".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol