Menu

Rusiyanın ikinci “Vaqneri”... – 25 minədək döyüşüçüsü var

01.12.2023, 16:27
Rusiyanın ikinci “Vaqneri”... – 25 minədək döyüşüçüsü var

Avropa İttifaqı ilin sonuna kimi Ukraynaya təcavüzündə iştirak edən “PMC Redut” təşkilatına qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Sistema” və “Sxems” araşdırma layihələrinin yaydığı məlumatda bildirilir.

Sanksiya siyahısı layihəsində deyilir ki, “PMC Redut” Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə xələl gətirən hərəkətlərə görə məsuliyyət daşıyır. Bundan əlavə, siyahıda “Redut” döyüşçülərinin Ukrayna prezidenti Vladimir Zelenskinin həyatına sui-qəsd cəhdlərində iştirak etdiyi göstərilir.

Araşdırmaçılar bildirilər ki, “PMC Redut”əslində Rusiya hərbi kəşfiyyatı GRU-nun nəzarəti altında olan genişmiqyaslı agentura sistemidir. Bura ən azı 20 silahlı birləşmə daxildir.

Məqalədə deyilir ki, sistemdə rəsmi olaraq Rusiyada hərbi xidmətdə olmayan 7 mindən 25 minə qədər muzdlu döyüşür. Könüllülərin daha cəlbedici müqavilə şərtləri var. Onlara xidməti tərk etməyə, nağd pul almağa icazə verilir, xəsarət və ölümə görə orduda olduğundan daha çox ödəniş vəd edilir.

“Sistema” müəyyən edib ki, “Redut”dakı bölmələrə GRU rəhbərinin müavini, general-leytenant Vladimir Alekseyev, Tambov vilayətindən keçmiş senator Aleksey Kondratyev və Baş Qərargah polkovniki Sergey Drozdov rəhbərlik edir. Alekseyev artıq ABŞ və Aİ-nin sanksiyaları altındadır, Kondratyev və Drozdov isə hələlik bu siyahılara daxil edilməyib. Hər üç məmur ittihamlarla bağlı şərh verməkdən imtina edib.

Araşdırma müəllifləri şərh almaq üçün Rusiya Müdafiə Nazirliyi ilə əlaqə saxlasalar da, heç bir cavab almayıblar.

Kremlin sözçüsü Dmitri Peskov “Teleqram”dakı sualları oxusa da onlara cavab verməyib.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Rt 2023-12-01 17:50:54

Allah hec xeyir vermesin !

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol