Menu

Türkiyədə terror təşkilatına qarşı əməliyyat keçirilib - 88 nəfər saxlanılıb

02.12.2023, 10:05
Türkiyədə terror təşkilatına qarşı əməliyyat keçirilib - 88 nəfər saxlanılıb

Türkiyədə terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirilib.

APA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya yerli mətbuata açıqlama verib.

Nazir bildirilib ki, Bitlis şəhəri və 9 qəsəbədə 113 ünvanda polis əməkdaşları tərəfindən terror təşkilatının üzvlərinə qarşı keçirilən əməliyyat tədbirləri nəticəsində 88 nəfər saxlanılıb.

Ali Yerlikaya qeyd edib ki, sonuncu terrorçu zərərsizləşdirilənədək mübarizələrini davam etdirəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol