Rusiyanın xarici işlər naziri Sergey Lavrov Almaniyanın “Deutsche Welle” nəşrinin jurnalistindən onun sözlərini təhrif etməməyi xahiş edib və Almaniya hökumətini jurnalistlərə istiqamət verməkdə ittiham edib.
“AzPolitika.info” “Kommersant”a istinadla xəbər verir ki, insident dünən, noyabrın 30-da Lavrovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) iclasından sonra keçirilən mətbuat konfransında baş verib.
Jurnalist Lavrova Rusiyanın təşkilatdan çıxmaq niyyətində olub-olmaması ilə bağlı sual verilib.
“Siz təşkilatın dağılmasından danışırsınız. Deyirsiniz ki, təşkilat artıq əsas rol oynaya bilməz. Bu halda təşkilatı tərk etməyi düşünürsünüz?” – deyə jurnalisti soruşub.
Lavrov isə cavabında jurnalistdən düzgün sitat gətirməsini xahiş edib.
“Dedim ki, ATƏT-in hazırkı iclasının necə bitəcəyi məni maraqlandırmır. Bilirəm ki, Almaniyada hökumət üzvlərinin jurnalistlərə nə yazacağını deməsi adətdir. Biz jurnalistlərə bir az hörmət edirik, mətbuat konfransının nəticələrini necə təqdim etməyi onların öhdəsinə buraxırıq”, - Sergey Lavrov əlavə edib.
ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən plenar iclasında rusiyalı nazir təşkilatın “NATO və Avropa İttifaqının əlavəsinə” çevrildiyini bildirib. O, həmçinin ABŞ dövlət katibi Antoni Blinkeni və Avropa diplomatiyasının rəhbəri Cozep Borreli iclası tərk etməkdə ittiham edib.
Lavrov qeyd edib ki, “bu, onların əldə faktlar olarkən, hər hansı vicdanlı söhbətdən qorxduqlarını göstərir”.
Rüfət
“AzPolitika.info”


Şərhlər