Menu

3 MİNƏ YAXIN VƏKİL İSRAİLDƏN BCM-ə ŞİKAYƏT EDİB - "Qəzza qəssabları cəzalarını çəkəcək"

02.12.2023, 17:11
3 MİNƏ YAXIN VƏKİL İSRAİLDƏN BCM-ə ŞİKAYƏT EDİB - "Qəzza qəssabları cəzalarını çəkəcək"

3 minə yaxın vəkil İsraildən Beynəlxalq Cinayət Məhkəməsinə şikayət edib — Ərdoğan

Aralarında türklər də daxil olmaqla 3 minə yaxın vəkil İsrailin Qəzza zolağındakı qətliamları  ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət edib

«AzPolitika.info» saytı xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ-dən qayıdarkən jurnalistlərə açıqlama verib

"3 minə yaxın hüquqşünas lazımi ərizələri Haaqadakı BCM-ə təqdim edib. Onların arasında İstanbuldan olan millət vəkilimiz Cüneyt Yüksəl də var. Bu insanlar Haaqadakı prosesi izləyəcəklər. Gözləyirik ki, Qəzza qəssabları, soyqırım müəllifləri, xüsusilə, cinayət başında tutulan Netanyahu lazımi cəzalarını çəkəcək”, – Ərdoğan vurğulayıb.

Türkiyə lideri əlavə edib ki, proseslərin inkişafını yaxından zləyəcək. 

"Millət vəkilimiz Cüneyt Yüksel Haaqadakı görüşlərinin uğurlu keçdiyini bildirdi. Ümid edirik ki, təqdim etdiyimiz sənədlər və məlumatlar sayəsində BCM-də müsbət nəticələr əldə edəcəyik. Biz bu məsələdən əl çəkməyəcəyik. Biz bütün İsrail liderlərinin bu işdə mühakimə olunmasını və cəzalandırılmasını istəyirik. Dünya bunu etməlidir”, - Türkiyə prezidenti əlavə edib.

Rüfət

AzPolitika.info

Şərhlər

Oxucu. 2023-12-03 07:10:43

On iki imama yalvarmaqdansa bir Allaha yalvarsalar bu vəkillərin işləri bəkjədə alınacaq,BCM-nin yaradanı və idarə edəni anqlasakslardır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol