NATO-nun şərq cinahında yerləşən ölkələrin Rusiyanın hücumuna hazırlaşmaq üçün cəmi üç il vaxtı var.
APA-nın NV-yə istinadən verdiyi məlumata görə, bunu Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yaçek Severa Polşanın “Nasz Dziennik” nəşrinə müsahibəsində deyib. O bildirib ki, Rusiya NATO ölkələrinə hücum edə bilər və onların buna hazırlaşmaq üçün 5-9 il vaxtı var.
“Müharibədən qaçmaq istəyiriksə, şərq cinahda yerləşən NATO ölkələri qarşıdurmaya hazırlaşmaq üçün daha qısa, üç illik vaxt üfüqünü qəbul etməlidir", - Severa bildirib.
Onun sözlərinə görə, Rusiya hərbi sənayesi üç növbədə işləyir və yaxın üç ildə öz potensialını artıra bilər.


Şərhlər