Menu

Premyer Liqa: "Neftçi" "Zirə"ni məğlub edib

03.12.2023, 20:08
Premyer Liqa: "Neftçi" "Zirə"ni məğlub edib

Azərbaycan Premyer Liqasında XV tur davam edir. "Report"un məlumatına görə, bu gün daha bir oyun keçirilib.

Paytaxt derbisində "Neftçi" "Zirə"ni qəbul edib. "Neftçi Arena"da baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Ağ-qaralar"a qalibiyyəti gətirən qola 60-cı dəqiqədə Rəhman Hacıyev imza atıb.

Bu nəticə ilə "Neftçi" xallarının sayını 22-yə yüksəldib. İkinci pillədəki "Zirə" isə 28 xalda qalıb.

Qeyd edək ki, tura dekabrın 4-də keçiriləcək "Qarabağ" - "Qəbələ" qarşılaşması ilə yekun vurulacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol