Menu

“Terror aktları təhlükəsi daim mövcuddur” - Paris polisinin prefekti

04.12.2023, 00:17
“Terror aktları təhlükəsi daim mövcuddur” - Paris polisinin prefekti

“Fransada terror aktları təhlükəsi daim mövcuddur”.

“Report” BFMTV telekanalına istinadla xəbər verir ki, bu barədə Paris polisinin prefekti Loran Nunyes bildirib.

Onun sözlərinə görə, paytaxtda təhlükəsizlik tədbirləri əhəmiyyətli dərəcədə gücləndirilib:

“Bu gündən biz küçələrdə polisin mövcudluğunu gücləndirdik və patrulların sayını artırdıq”.

Qeyd edək ki, Fransanın paytaxtı Parisdə naməlum şəxs Eyfel qülləsinin yaxınlığındakı Qrenel sahilində yoldan keçənlərə hücum çəkərək bir nəfəri öldürüb, daha bir insanı isə yaralayıb. Polis sözügedən şəxsi yaxalayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol