"Azərbaycanda 2025-ci ildə yeni təhsil standartları hazırlanacaq və orada STEAM milli kurikulum hissəsinə çevriləcək".
"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, STEAM təhsil sahəsində dəyişməli olan məzmunun nümunəsidir: "Yeni standartlarda 3D Robotexnika Texnologiya fənninin məzmununa daxil ediləcək. Bu, həm dərslik, həm də tədris proqramlarında öz yerini tapacaq".


Şərhlər
Standart formal məfhumdur.Bunun mahiyyəti və mənası və gözlənilən real nəticəsi olmalıdır.Təhsildə ən birinci dərsliklərin çətinləşirilməsinin qarşısını almaq,uşaqları ümumi asan .tez qavranılan dərsliklərlə təmin etmək,Məktəblərdə hər sinifdə uşaqların sayını bir müəllimin və ya müəllimənin 45 dəqiqə ərzində heç olmasa 5-6 şagirdlə təmasda olmaq.keçilən dərsi sormaq və daha sonra yeni mövzunu izah etmək üçün imkanı nəzərə almaqla təyin etmək vacibdir.Bir sinifdə 42-45 şagirdin yerləşdirilməsi heç zaman effekt verməz.İkinci də müəllimlərin məsuliyyət məsələsidir.DEməli Dərslik,sinifdə şagird sayı və müəllim məsuliyyəəti nəzətə alınmadan heç bir standart.əmt vəziyyət düzəltməyəək.