"Harada "ki" gördülər, vəssalam, vergül qoyurlar. Yerli-yersiz harada gəldi durğu işarələrindən istifadə etmək olmaz".
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı, akademik Nizami Cəfərov “Saytlarımız monitorinq aynasında” adlı hesabat tədbirində deyib.
Onun sözlərinə görə, durğu işarələrinin azaldılmasın ehtiyac var:
"Azərbaycan xalqı vergül qoymaqdan ötrü ölür. Məsələn, feili bağlamalardan sonra vergülün qoyulması bizdə dəb halını alıb. Odur ki, dil səhvlərinə çox kəskin yanaşmalıyıq".


Şərhlər
---Xanım,sənin ki saçların bu qədər qaradı,görünür sən də mənim kimi harda “ki” gördün başına vergül qoymaqdan ötrü ölürsən,hə?---Adə,sənin kimi qocalmıyıb ki başına vergül qoysun.---Yoox,mən də qocalmamışam,amma rəhmətlik nənəm deyərdi ki,hənanın ki vaxtı gəldi,harda “ki” görsəm o saat vergül qoyuram.Bir noyi adətkərdə olmuşdu başına vergül qoymağa.
Azərbaycan xalqını hakimiyyətə ,Milli məclisə,nazirliklərə yığılmış dələduzlar öldürür.Xəstəlik əsəb gərginliyindən artır,səhiyyə,dərman qiymətləri əlçatmaz, maaş,müavinət,Pensiya həddən çox aşağı.Amma Azərbaycanın glirləri bu vəziyyəti dəfələrlə yaxşılaşdırmağa imkan verdiyi halda sərvət mənimsənilir.xaricə çıxarılır,artq məsrəflərə yol verilir.Hakimiyyət isə kənaran seyr edir.
Maşallah,"deputatımız" vergül axtarır.Quş qoymaq isə deputatlarımıza çox yaraşır. Millət seçməyən,, siyahi üzrə oturdulan,milləti düşünməyən deputat da elə hər şeyi buraxıb vergül axtaracaq.Belə akademik.belə deputatları olan ölkənin xalqı elə belə ac-ylavac,ehtiyac içində yaşamağa məhkum ediliblər.Bu ölkənin sərvətlərini kim qamarlayıb xarici banklara.villalara sərf edir?Niyə bu məsələ deputatların yadına düşmür?