27 noyabr tarixində Rusiyanın Sankt-Peterburq şəhərində “Leninqradın azad olunmasında SSRİ xalqları” mədəni maarifləndirici layihəsi çərçivəsində və Leninqradın blokadasının qırılmasının 80 illiyi ilə əlaqədar olaraq “Leninqradın qəhrəmanları: Vətənin müdafiə olunmasında azərbaycanlıların şücaəti” adlı tədbir keçirilib.
Tədbirdə iqtisad elmləri doktoru, professor Zahid Məmmədov da iştirak edib.
Z. Məmmədov tədbir zamanı gündəmə gətirdiyi məsələlərlə bağlı “AzPolitika.info”-ya açıqlama verdi.
O, tədbirdəki çıxışında İkinci Dünya Müharibəsi zamanı Leninqrad şəhərinin azadlığı uğrunda azərbaycanlıların göstərdiyi qəhrəmanlıq nümunəsini xüsusilə vurğuladığını bildirdi: “Leninqradın azad olunmasında azərbaycanlıların rəşadəti və Azərbaycanın iqtisadi dəstəyi” mövzusundakı çıxışımda İkinci Dünya müharibəsində Leninqradın müdafiə olunmasında azərbaycanlıların mühüm rolu, minlərlə azərbaycanlının şəhərin faşist blokadasından azad edilməsində fəal iştirakını qeyd etdim. Hətta çıxışımda “Bizim Cəbiş müəllim” filmindən bir fraqment səsləndirdim. Filmdəki Tanya adlı blokada şəratində qalan rus qızın Azərbaycana əmanət edilməsi səhnəsindən danışdım. Bildirdim ki, Azərbaycan həmin filmdə olduğu kimi, hər zaman əmanətə sahib çıxıb, onu qoruyub”.

“28-29 noyabr tarixlərində isə Rusiya Federasiyası, Federeral statuslu Sankt-Peterburq Dövlət İqtisad Universiteti təşkilatçılığı ilə “Avrasiya İqtisadi Perspektivi” XI Beynəlxalq Forumunda iştirak etdim. “Avrasiya İqtisadi Perspektivi” Beynəlxalq Forumu Avrasiya inteqrasiyası problemlərinə dair dialoq, eləcə də Avrasiya dövlətlərarası əməkdaşlığının perspektivlərinə dair fikir mübadiləsi üçün əsas konqres platformalarından brifinq çevrilib. Forum çərçivəsində “Avrasiyada beynəlxalq valyuta və maliyyə sistemlərinin inkişaf drayverləri” sessiyasında iştirak etdim. Burada “Azərbaycan və Rusiyanın Avrasiya məkanında əməkdaşlığının gücləndirməsi üçün maliiyə sektoruna çıxış” adlı çıxışım oldu və böyük maraqla qarşılandı” - deyə, Z. Məmmədov əlavə etdi.

Professor tədbir zamanı Ermənistanın Azərbaycana qarşı 30 illik işğalçı siyasətindən bəhs etdiyini, bu məsələyə Avrasiya İqtisadi İttifaqı (AİT) təşkilatı tərəfindən yetəri səviyyədə qiymət verilməməsini vurguladığını bildirdi:“Ermənistan 30 il Azərbaycana qarşı işğalçı siyasət aparıb. Amma AİT-in bu haqda heç bir qərarı yoxdur. Hələ də Ermənistanın bu fəaliyyətlərinin qarşısı alınmır. Mən təşkilata üzv ölkələrin bu məsələyə ciddi şəkildə münasibət bildirməli olduqlarını dedim”.
Z. Məmmədov 30 noyabr - 1 dekabr Federeral statuslu Sankt-Peterburq Dövlət İqtisad Universitetinin təşkilatçılığı “21-ci Əsrin enerjisi: İqtisadiyyat, siyasət, ekologiya” konfransında da iştirak etdiyini, ümumən tədirin yükək səviyyədə təşkil olunduğunu qeyd etdi.
Professor Azərbaycanın şanlı qələbəsindən sonra beynəlxalq arenada imicinin yüksəldiyini, ölkəmizə qarışı müsbət anlamada fərqli bir münasibətin olduğunu bildirdi.
Elvin
“AzPolitika.info”





Şərhlər