Menu

İsrail ərazisi Livandan minaatanlarla hücuma məruz qalıb - 3 hərbçi yaralanıb

04.12.2023, 16:38
İsrail ərazisi Livandan minaatanlarla hücuma məruz qalıb - 3 hərbçi yaralanıb

Livan ərazisindən İsrailin Ştula bölgəsindəki mövqelərinə minaatanlarla hücum olub.

“Report” xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusundan bildirilib.

Qeyd olunub ki, nəticədə 3 İsrail hərbçisi yaralanıb və onlar döyüş bölgəsindən təxliyə edilib. İsrail ordusu adekvat tədbirlər görüb.

Xatırladaq ki, HƏMAS-la İsrail arasında savaş bu il oktyabrın 7-də başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol