İsrail hakimiyyəti hesab edir ki, İsrailin Qəzza zolağında keçirdiyi əməliyyat nəticəsində həlak olanların əsas hissəsini Fələstinin Həmas hərəkatının yaraqlıları təşkil edir.
"AzPolitika.info" xəbər verir ki, bu barədə “Sky News” Qüds merinin müavini Fleur Hasan-Naum-a istinadən məlumat yayıb.
Onun sözlərinə görə, İsrail hakimiyyəti Qəzzada ölənlərin dəqiq sayını bilməsə də, onların çoxunun HƏMAS döyüşçüsü olduğunu hesab edir. Həsən-Nahum İsrail hakimiyyətinin “rəqəmlərlə oynamadığını” vurğulayaraq, Fələstin anklavında baş verənlərin “çox faciəli” olduğunu qeyd edib.
Fələstin anklavının Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əşrəf əl-Qudra dekabrın 3-də bildirib ki, Qəzza zolağında münaqişənin kəskinləşməsi nəticəsində ölənlərin sayı 15,5 mini keçib, 41 mindən çox insan yaralanıb.
Rüfət
AzPolitika.info


Şərhlər