Menu

Avropa İttifaqı Ermənistan ordusunu yenidən qurmağa hazırlaşır – İrəvana texniki missiya göndəriləcək

05.12.2023, 14:46
Avropa İttifaqı Ermənistan ordusunu yenidən qurmağa hazırlaşır – İrəvana texniki missiya göndəriləcək

“Avropa İttifaqı (Aİ) Ermənistanla xüsusən təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına sadiqdir”.

“AzPolitika.info” xəbər verir ki, Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos ötən gün Ermənistana gələn Avropa nümayəndə heyətinin səfəri haqda danışarkən belə deyib.

“Yaxın vaxtlarda Brüssel Ermənistan silahlı qüvvələrinə “öldürücü olmayan dəstək” göstərmək məqsədi ilə konkret təkliflər hazırlamaq üçün İrəvana texniki missiya göndərəcək”, - o qeyd edib.

Vasilis Maraqos “öldürücü olmayan dəstəyin” nə demək olduğunu açıqlamayıb. “Avropanın Ali Nümayəndəsi Josep Borrell artıq bu istiqamətdə işləmək öhdəliyini götürüb. Bununla belə, yaxın həftələrdə təfərrüatları təqdim edəcəyik. Bu sahədə konkret təkliflər hazırlamaq üçün bu ilin sonunda və ya ilin əvvəlində texniki missiyanın Ermənistana səfərinə hazırlaşırıq”, - deyə Maraqos bildirib.

Brüsseldən verilən açıqlamada isə bildirilib ki, Aİ nümayəndə heyətinin İrəvanda keçirdiyi görüşlər zamanı Ermənistan və Aİ-nin təhlükəsizlik və müdafiə sahələrində dialoq və əməkdaşlığı davam etdirməkdə qarşılıqlı marağı bir daha təsdiqlənib. Xüsusilə, Avropa İttifaqı Avropa Sülh Platforması Çərçivəsi vasitəsilə Ermənistanın silahlı qüvvələrinə qeyri-öldürücü dəstək imkanlarını öyrənəcək.

Rasim Əliyev

“AzPolitka.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol