“İran və Hindistan Şimal-Cənub dəhlizi çərçivəsində sıx əməkdaşlıq edir, biz bu layihə çərçivəsində Ermənistanla işləməyə hazırıq və bunun ona hansı faydalar verə biləcəyini anlayırıq”.
“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, bu barədə Hindistanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Nilakşi Saha Sinha dekabrın 5-də İrəvanda “Yeni regional reallıqlar və dünyanın kəsişməsi” mövzusunda konfransda bildirib.
Onun sözlərinə görə, qlobal inkişafın Asiyaya doğru hərəkəti regional qarşılıqlı asılılıq üçün unikal nəticələr yaradır. “Bunu dərk edən Hindistan hökuməti Şimal-Cənub dəhlizinin bir hissəsinə çevrilə biləcək Çabahar limanının inkişaf proqramına başlayıb. Ermənistan bu layihədə iştirak etməkdə maraqlı olduğunu bildirib. Biz Ermənistanın Çabarax limanından istifadə etmək və dənizə çıxışı olmayan yerləşməsini nəzərə alaraq asılılığını azaltmaq istəyini alqışlayırıq. Hindistan Ermənistanda yol infrastrukturunun inkişafında iştirak etməyə hazırdır. Ermənistan və Hindistan arasındakı münasibətlər əsrlərə gedib çıxır və İran bu əlaqənin inkişafına töhfə verən körpü rolunu oynayıb”, - Nilakşi Saha Sinha vurğulayıb.
“AzPolitika.info”


Şərhlər