Menu

ABŞ Dövlət katibinin köməkçisi O’Braynın Bakıda nəyi müzakirə edəcəyi məlum olub

05.12.2023, 17:15
ABŞ Dövlət katibinin köməkçisi O’Braynın Bakıda nəyi müzakirə edəcəyi məlum olub

Azərbaycana və Rumıniyaya səfər etməkdən çox şadam.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn “X” platformasında bildirib.

O, Azərbaycana səfəri çərçivəsində Cənubi Qafqazda sülhün irəliləməsi ilə bağlı rəsmi şəxslərlə görüşəcəyini vurğulayıb.

Ceyms O’Brayn Rumıniyada isə taxıl ixracı ilə bağlı yüksək vəzifəli şəxslərlə müzakirələr aparacağını qeyd edib.

Qeyd edək ki, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms K. O’Brayn dekabrın 6-8-də Bakı və Rumıniyanın Buxarest və Tulça şəhərlərinə səfər edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol