Pilotsuz uçuş aparatı (PUA) İraqın Ənbar əyalətində ABŞ-ın «Ayn əl-Əsəd» hərbi bazasına hücum edib.
"AzPolitika.info" TASS-a sitinadla xəbər verir ki, bu barədə İraqın "İslam Müqaviməti Hərəkatı" adlanan silahlı qruplaşma məlumat verib.
Hərəkatın «Telegram» kanalında dərc olunan bəyanatına görə, «Ayn əl-Əsəd» bazasına zərbə “düşmənin Qəzza zolağında törətdiyi cinayətlərə cavab olaraq” həyata keçirilib. Hərəkat tərəfdarlarının fikrincə, PUA “nəzərdə tutulan hədəfi vurub”.
Dəymiş ziyanla bağlı məlumat verilmir.
Sonuncu dəfə noyabrın 23-də «Ayn əl-Əsəd» bazasına hücum edilib. Daha sonra İraqın şimalında, İraq Kürdüstanında Ərbil Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən baza da «İraq İslam Müqaviməti» Hərəkatının pilotsuz təyyarələri ilə vurulub.
Rüfət
AzPolitika.info


Şərhlər