ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri rusiyalı oliqarxlara qarşı tətbiq edilən sanksiyaların pozulması hallarının araşdırılmasına kömək etmək üçün Kipr gəlib.
“AzPolitika.info” “TheGuardian” qəzetinə istinadlaxəbərverirki, ABŞ müstəntiqləri Kiprli hüquqşünasların və mühasiblərin Kremlə bağlı iş adamlarına tətbiq edilən sanksiyalardan qorunmağa necə kömək etdiklərini araşdıracaqlar. Bundan əvvəl beynəlxalq media yazır ki, Kipr hakimiyyəti on ilə yaxındır ki, rus iş adamlarına beynəlxalq sanksiyalardan yan keçməyə kömək edir.
ABŞ Xəzinədarlığının maliyyə cinayətləri şəbəkəsinin ekspertləri də daxil olmaqla 24 müstəntiqdən ibarət qrup Kiprə gəlib.
"İdeya ondan ibarətdir ki, onlar mümkün qədər tez Kipr müfəttişlərinə kömək etməyə başlasınlar", - Kipr hökuməti bildirib. FTB agentlərinin bir neçə həftə adada qalacağı gözlənilir.
“AzPolitika.info”


Şərhlər