"Hazırda intihar və intihara cəhdlərin sayında ciddi artım qeydə alınır".
"Report" xəbər verir ki, bunu Baş Prokurorluğun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Rafael Süleymanov "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, intihar halları əsasən ailə daxilində baş verdiyindən çox zaman qapalı qalır və yaxın şəxslər bu haqda məlumat vermək istəmirlər: "Bu səbəbdən belə halların açılması ya natamam qalır, ya da açılmır, hüquq-mühafizə orqanları ciddi problemlərlə qarşılaşır. Odur ki, intihar hallarının üstünün açılmasında ciddi problemlər yaşanır. İntihara cəhd etmiş şəxslə bağlı sonradan psixoloji ekspertiza aparılır ki, o həqiqətən özünü öldürmək istəyib, ya yox?! Təəssüf ki, bu sahədə psixoloji ekspertizalarımız azdır".


Şərhlər
Bilə-bilə nala-mıxa vurmağın mənası varmı? İntigarlara əsasən heç də ailə münaqişələi səbəb olmur.Əsas məsələ bunun səbəblərini düzgün anlamaqdır.Qazilər inrihar etdi.Bunun səbəvi onların sosial yaşamını təmin etmək istəmətən,onları dinləmək istəməyən vəzifəlilət və onlara işgəncə verən polis orqanları oldu.İkinci si aiə münaqişəsinin səbəblərini araşıran oldunu? B münaqişələrə əsas səbəb ailənin maddi təminatının pıçaçası və ya ifayər qəsər yetərsiz olmasıdır.Bir diqqət edin 222,270 manatla insan yaşaya bilərmi? Bu rəqəm hansı ağıllının boş başından ortaya atılıbBu şeylərə hamının diqqər etməsi və atadan qaldırılması vacibdir.Bunu möhtəəm Prezientə məruzə edən olsa çox ehtimal ki, ölçü götürülər.Əfsus ki,bu baş vermir.