Menu

Zelenski banklara əlavə vergilər “yüklədi” – BVF belə tələb edir

06.12.2023, 18:05
Zelenski banklara əlavə vergilər “yüklədi” – BVF belə tələb edir

Prezident Volodimir Zelenski bankların vergiyə cəlb edilməsinin xüsusiyyətləri haqqında qanunu imzalayıb.

“AzPolitika.info” UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ali Radanın Vergi Komitəsinin sədr müavini Yaroslav Jeleznyak «Telegram» kanalında bildirib. Qanun layihəsində bankların əlavə müvəqqəti vergiyə cəlb edilməsi nəzərdə tutulur. 2023-cü ilin yekunlarına əsasən bankların mənfəətlərinin vergiyə cəlb edilməsi 50% dərəcəsi ilə həyata keçiriləcək. 2024-cü ildən etibarən gəlir vergisinin baza dərəcəsi 25% təşkil edəcək.

Onun sözlərinə görə, bu dəyişikliklərin qəbulu Beynəlxalq Valyuta Fondunun şərtidir. 

Ehtimal olunur ki, əlavə verginin tətbiqi ilə dövlət büdcəsinə mədaxil 24-25 milyard qriven arta bilər (600-650 milyon ABŞ dolları- red.). Parlamentin Vergi siyasəti komitəsinin rəhbəri Danil Getmantsev “Telegram”-da qeyd edib ki, bu qanun layihəsi həmçinin dronların və onların ehtiyat hissələrinin Ukraynaya rüsumsuz idxalına verilən güzəştin müddətini də uzadıb. 

Rüfət 

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol