Ukrayna Ali Radasının keçmiş deputatı, Rusiyanın Ukraynaya hücumunu dəstəkləyərək Moskvaya köçən İlya Kiva öldürülüb.
"AzPolitika.info" UNİAN-a istinadla xəbər verir ki, İlya Kivanın cəsədi Moskva yaxınlığındakı Suponevo kəndində yerləşən “Velich Country Club” mehmanxanasının park ərazisində tapılıb. Onun başında güllə yarası aşkarlanıb.
Ukraynanın UNIAN saytı hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələrə istinadən İlya Kivanın Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatı çərçivəsində atıcı silahdan atəş açılmaqla məhv edildiyini yazıb.
UNIAN-ın həmsöhbətləri qeyd ediblər ki, «vətən xaini»nin məhv edilməsi birbaşa Ukrayna Xüsusi Təhlükəsizlik Xidmətinin (SBU) tapşırığı olub.
"AzPolitika.info"


Şərhlər