Menu

AZƏRBAYCANDA GÜCLÜ ZƏLZƏLƏ OLDU - Titrəmənin şiddəti açıqlandı (Yenilənib)

07.12.2023, 08:30
AZƏRBAYCANDA GÜCLÜ ZƏLZƏLƏ OLDU - Titrəmənin şiddəti açıqlandı (Yenilənib)

Xəzər dənizində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla 08:16-də baş verən zəlzələ hiss olunub.

Zəlzələnin ocağı 68 km dərinlikdə yerləşib.

Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.

***

İlkin məlumata əsasən Azərbaycan ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a bildirilib ki, yerli vaxtla 08:15-də baş verən zəlzələ hiss olunub.

Mövcud məlumatlara görə, 5 bal gücündə olan zəlzələnin ocağı Xəzər dənizində yerləşib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol