Menu

ABŞ müasir ZRK istehsalı üçün Ukraynaya texnologiyalar verib

07.12.2023, 18:50
ABŞ müasir ZRK istehsalı üçün Ukraynaya texnologiyalar verib

Sovet zenit-raket sistemlərinin Qərb raketlərinə uyğunlaşdırılması ABŞ və Ukraynada həyata keçiriləcək.

“AzPolitika.info” UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib. ABŞ Müdafiə Nazirliyi «FrankenSAM» hava hücumundan müdafiə sistemlərinin yerli istehsalına başlamaq üçün texniki məlumatlar paketini Ukraynaya ötürüb. Onlar müasir Qərb çaplı “yer-hava” raketlərini sovet dövründən qalma buraxılış qurğuları və ya Ukrayna Silahlı Qüvvələrində artıq mövcud olan radarlarla birləşdirməyə imkan verir.

Qeyd olunur ki, bu sistemlərin Ukrayna və ABŞ-da paralel istehsalı onların yerləşdirilməsini sürətləndirəcək və Ukrayna səmasının mühafizəsini xeyli gücləndirəcək.

“Bu ilkin nəticələr nəinki ABŞ-Ukrayna əməkdaşlığını gücləndirəcək və Ukraynaya qısa müddətdə döyüş meydanında uğur qazanmaq üçün lazım olan imkanları təmin edəcək, həm də Ukraynanın uzunmüddətli iqtisadi bərpasına və müdafiəsinə dəstək olacaq”.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol