Menu

Rusiya cənub cəbhəsində hərbi ehtiyatlarının sayını artırır

08.12.2023, 15:52
Rusiya cənub cəbhəsində hərbi ehtiyatlarının sayını artırır

Rusiya Xerson istiqamətində texnikalarının və hərbi ehtiyatlarının sayını artırır.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Cənub Müdafiə Qüvvələrinin cavabdehlik zonasında düşmən mövqelərini möhkəmləndirir, texnika sayını artırır və müəyyən ehtiyatları ora gətirməyə çalışır. Müşahidə məntəqələrinin və atəş mövqelərinin sayı artırılıb, cəbhənin sağ cinahına artilleriya vasitəsilə təzyiqlər davam edir. Düşmən pilotsuz təyyarələrdən istifadəni gücləndirmətə çalışır”, - deyə məlumatda bildirilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol